adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Avqust 2020 15:55
21021
İDMAN
A- A+

“Qəbələ” daha bir legionerini geri aldı

"Qəbələ" müqaviləsi başa çatan daha bir legionerini geri qaytara bilib.

Adalet.az-ın məlumatına görə, bu, fransalı hücumçu Nikolas Rayseldi. 27 yaşlı futbolçu artıq ölkəmizə qayıdaraq "qırmızı-qaralar"la hazırlığa qoşulub. Futbolçu ilə növbəti 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ" bu vaxtadək müqaviləsi bitən legionerlərindən gürcü yarımmüdafiəçi Merab Qiqauri və çilili hücumçu Rodriqo Qattasla yeni anlaşma əldə edərək heyətinə qaytarıb.