adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Avqust 2021 12:23
110752
MƏDƏNİYYƏT
A- A+

86 yaşlı Əhməd Məkin: Humanist insan, məşhur aktyor

"Yeşilçam"ın sevilən aktyoru Əhməd Məkinin 86 yaşını qeyd edir. Bildirək ki, o aktyorluqdan başqa həm də dünyanın xatirində, yaddaşında xeyirxah bir əməllə də qalacaq.

Adalet.az xəbər verir ki,   2 il əvvəl "Yeşilçam” əfsanəsi Aralıq dənizi Universitetinin Orqan Transplantasiya Mərkəzinə gedərək orqanlarını bağışlayıb.

O, bununla bağlı sənəd imzalamışdı.

"Öldükdən sonra başqa adamların sevinci və yaşamaq ümidi olduğunu bilmək çox dəyərlidir. Bu missiya müqəddəsdir. Oqran bağışlanması həyatı xilas edir. Ona görə də hər kəsi bu müqəddəs vəzifəni yerinə yetirməyə çağırıram. Tez-tez mətbuatda sənət insanların belə bir addım atdığını oxuyuram. Türkiyədə və dünyada orqan gözləyənlərin sayı getdikcə artır. İnsan öldüyü zaman lazım bilinən orqanların başqa şəxslərin bədənində yaşamasını bilmək önəmlidir. Bu yöndə hər kəsin maarifləndirilməsi lazımdır”, - deyə aktyor açıqlamasında bildirmişdi.

 

Aktyor Əhməd Məkin

 

Türkiyə kino, televiziya və teatr aktyoru, prodüser, ssenarist. 200-dən çox filmdə rol almış Əhməd Məkin 6 avqust 1935-ci ildə İstanbulda anadan olub. Əhməd Məkinin orijinal adı Əhməd Qurddərəlidir.

Onun dostları onun uzun boyundan ötəri ona "Filiz Əhməd" deyiblər. Güləş idman növü ilə məşğul olmuşdur. Usta işlədiyi üçün sümükləri qırılmışdı. Buna görə də idmanla məşğul olmadı. "Bakırköyspor"da oynayarkən böyük futbol komandasına transfer olacaqdı. Transfer olacağı gün ayağı qırıldı. Beləliklə idmanla məşğul olmadı. Bir müddət Bakırköy Xalq Evində teatrda işlədi. "Birlik və Tərəqqi" səhnəsində aktyor oldu. Nəhayət, 1957-ci ildə Bakırköy rejissoru Kənan Parsın köməyi ilə, karyerasına "Yüksəlmə" filmi ilə davam etdi.

 

Əhməd Məkin, "Səlvi Boylum, Al Yazmalım" filmi ilə türk kinosunun unudulmaz aktyorları siyahısında yer aldı. "Məhşərə qədər", "Bardakı Adam", "Bir Qurtum Su", "Bu günün sarayı", "Fahişəyə vurun", "Səlvi Boylum Al Yazmalım", "Ezo Gəlin", "Çiçək Abbas" kimi əhəmiyyətli filmlərin unudulmaz aktyorudür.

 

1978-ci ildə "Dəniz Qanı", "Bağrıyanıq Ömər" filmlərində oynadı

 

Kinoya addım atdığı 1956-ci ildən bu yana təxminən 200 filmdə rol alan Əhməd Məkin, 1975-ci ilə qədər ciddi rolda oynayıb. Aktyorluğunda xarakterini öz istəyi ilə seçmişdir.

Özü kimi aktyor olan Şükran Sabunçu ilə evli olan Əhməd Məkin, 1998-ci ildən bu yana Balıkəsirdə Ərdək mahalının Ocaqlar diyarında sakit və təvazökar bir həyat yaşayır. Zeynəb və Kəzban adlı iki qızı var.

Əntiqə Rəşid