adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Avqust 2020 12:18
54975
ŞOU-BİZNES
A- A+

Aparıcı növbəti dəfə tənqidlərə tuş gəldi: "Süni, ətimizi tökmə..."

Elə bil tez-tez tənqid olunmaq aparıcılar arasında yalnız Xoşqədəm Baxşəliyevanın alnına-taleyinə yazılıb. Aparıcı xanım hətta onu tənqid edən izləyicilərini məhkəməyə vermişdi. Bir hadisəni də yadınıza salım .Verlişlərin birində aparıcı Samir Bayramlı "Adını çəkəcəyim teleaparıcılar haqqında şərh bildirin” sualı ilə Ranara müraciət edib. Samir Xoşqədəm Hidayətqızının adını çəkər-çəkməz Ranar bu sözləri dilinə gətirib:"Şərh bildirmək istəmirəm. Amma şərh var... Bir aparıcı ki, qonağına "Dimedrol” iynə vurdurur ki, onun ayaqları tutulsun, reytinq xətrinəgəzə bilən insan gəzməsin və bundan şou yaratsınlar... Nəinki aparıcı, o insanheç insan ola bilərmi?” söyləmişdi.

Hətta X. Hidayətqızı ilə bağlı məhkəmə qərarlarından belə görünür ki, o, sələmlə pul verirmiş. Qərarda X.Hidayətqızının özünün də etiraflarına istinad olunub.

Bu barədə Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, məhkəmə qərarı X.Hidayətqızının iddiası əsasında çıxarılıb. Aparıcı məhkəmədən əvvəl hüquq-mühafizə orqanlarına müraciət edib, sələmlə pul verdiyi Məmmədtağı İbrahimovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin cinayət işi başlanması rədd olunub. Bundan sonra X.Hidayətqızı Nərimanov Rayon Məhkəməsinə üz tutub.

Aparıcı bildirib ki, M.İbrahimova üç dəfəyə 49 min manat pul verib. Bunun 25 min manatını aylıq 5 faizlə 2013-cü ilin noyabrında, 20 min manatı isə aylıq 6 faiz əlavə ödəniş şərtilə, 2014-cü ilin noyabrında verib. X.Hidayətqızının sözlərinə görə, qalan 4 min manatı da sonradan 6 faizlə verib.

Təbii, bu xəbər gündəmə gələndən sonra da Xoşqədəm Hidayətqızı daha çox tənqidlərə məruz qaldı.

Son günlər aparıcı yenə də tənqidə tuş gəlib.

Adalet.az xəbər verir ki, aparıcı instaqram hesabında anasının və övladlarının görüntüsünü paylaşıb. Onun paylaşımı marağa səbəb olaraq qısa zaman ərzində sosial şəbəkədə yayılıb.

Görüntülərdə türk dilində danışan Xoşqədəm izləyicilərin tənqid hədəfinə tuş gəlib.
Belə ki, Xoşqədəmə "öz dilində danış, ətimizi tökmə", "çox sünisən, elə bil efirdəsən", "öz dilində danışmağa ölürsən" və.s kimi şərhlər yazaraq aparıcınə biabır ediblər.

Qeyd edək ki, aparıcı Xoşqədəm Hidayətqızı Türkiyənin tanınmış müğənnisi Doğuş ilə ailəlidir və bu evlilikdən onların 2 övladı var.

Əntiqə Rəşid