adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Avqust 2020 17:43
80784
HADİSƏ
A- A+

İsmayıllıda sel yolları dağıtdı, Lahıca giriş bağlandı - VİDEO

Güclü yağışlar nəticəsində İsmayıllı rayonuna sel gəlib.

Adalet.az-ın məlumatına görə, yağan yağışlar bir sıra fəsadlar törədib.

İsmayılı Rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Ağayev açıqlamasında bildirib ki, yağan yağışlar zamanı yol təsərrüfatına ziyan dəyib:

"Qurbanəfəndi, Müdri, Yuxarı Cülyan kəndlərinin yolları sel sularından zərər çəkib. Lahıc kəndinə gedən yol isə gecə saatlarında uçquna görəbağlanıb. Bu gün yol təmizlənib”.

"Sel nəticəsində tikililərə ziyan dəyməyib”, - deyə o qeyd edib.