adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Avqust 2020 17:48
34153
SİYASƏT
A- A+

Hikmət Hacıyev: BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası artıq başlayıb.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, bu istiqamətdə BMT Baş Assambleyası tərəfindən müfaviq addımlar atılır. O qeyd edib ki, sessiyanın gündəliyi müəyyən olunub. O qeyd edib ki, BMT-nin xüsusi sessiyası 5-6 ay, hətta bir il davam edə bilər.