SON DƏQİQƏ:

Zərdabda torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı

  20697   |  
Şriftin ölçüsü  

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Alıcanlı kənd sakini Orxan Əmirov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ona məxsus kənd ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 2 kiloqram 105 qram olan səkkizçətənə kolu aşkar olunaraq götürülüb.

Orxan Əmirov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl şəxsi istifadəsi üçün əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK