adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Iyul 2020 19:23
60771
KRİMİNAL
A- A+

Azərbaycanda qadın qonaq gəldiyi evdə çantadan 600 manat oğurladı - VİDEO

Masallıda qohumunun mağazasından oğurluq edən kənd sakini saxlanılıb.

Baku TVxəbər verir ki, Masallının Şərəfə kənd sakini İqbal Zeynalov polisə müraciət edərək, ona məxsus mağazadan gecə saatlarında 140 manat pulun, tütün və ərzaq məhsullarının oğurlandığını bildirib. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxsin elə mağaza sahibinin qohumu və həmkəndlisi Rahil Zeynalov olduğu müəyyən edilib və o saxlanılıb.

Masallı polisinin keçirdiyi digər əməliyyat-axtarış tədbiri ilə tanışının çantasından pul oğurlayan qadın saxlanılıb. Belə ki, rayonun Musaküçə kənd sakini Təranə Hüseynovanın həmkəndlisi olan bir qadının evində qonaq olarkən onun əl çantasından 600 manat pulu oğurladığı müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.