adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Iyul 2020 09:56
70963
MARAQLI
A- A+

Mütəxəssislər idman zalını əvəz edəcək dərman hazırladılar

ABŞ-ın San-Fransisko şəhərindəki Kaliforniya Universitetinin alimləri idman salonunu əvəz edən preparat hazırlayıblar.

Preparat idman salonlarına getmədən fiziki aktivliyi yüksək səviyyədə saxlamağa hesablanıb.

"Potokmedia” tədqiqatın müəllifinə açıqlamasına istinadən xəbər verir ki, beyinin sağlamlığı fiziki fəaliyyətlə dəstəklənir.Ancaq onu dərmanla da aktiv saxlamaq olar.

Alimlər bildirir ki, dərman əsasən idman zallarına gedə bilməyən fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub. Bununla belə, mütəxəssislər qeyd edir ki, həblər yalnız beyinin sağlam qalmasını dəstəkləyəcək, orqanizmdə olan yağ və ya əzələ kütləsinətəsir etməyəcək.