adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: UNİVERSİTET YATAQXANASINDAN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
55729 | 2020-07-21 09:42

... Onda 1980-ci il idi. Və bizAzərbaycan Dövlət Universitetinin (indiki BDU) yataqxanasında yenicə yeralmışdıq. İndi-indi bu yataqxananın havasına köklənirdik. Çünki ordudan xidmətibaşa vurub universitetin hazırlıq fakültəsinə qəbul olunmuşdum və fakültədətanıdığım bir kimsə yox idi. Sadəcə, imtahanların gedişində tanış olub bu günəqədər də dostluq-qardaşlığımızı ailəvi şəkildə davam etdirdiyim Firudin vəAriflə ilıq münasibətlərimiz yaranmışdı. Məhz həmin münasibətlərin işığında birmüddətdən sonra yataqxanada müəyyən tələbələri tanımağa başladım. Onlarınarasında istiqanlılığı və bir az da özünə çəkilib xəyala dalması ilə seçilənbir nəfər də var idi. Doğrusunu deyim ki, mən o vaxtlar bu oğlanın bədiiyaradıcılıqla məşğul olduğunu düşünürdüm, amma heç yerdə imzasına rast gələ bilmirdim. Sadəcə, qarşılaşandasalamlaşıb hal-əhval tuturduq bir-birimizdən. Növbəti ildə artıq tələbə idim vəonda bildim ki, həmin oğlan məndən yuxarıdakı kursda oxuyur, eyni fakültənin tələbələriyik...

Bəli, illər keçdi, həyat hər kəsibir tərəfə yönəltdi. Mən Qarabağdan, müharibənin "daş" dövründənkeçib gəldim, o da Naxçıvanda Azadlıq Hərəkatının dalğaları qoynundan. Günlərinbir günü onunla "Azərbaycan" nəşriyyatında qarşılaşdıq. Hələ 1980-ciildə bu oğlanın bədii yaradıcılıqla məşğul olduğunu düşündüyümü xatırladım. Fəhmimməni aldatmamışdı. İmzasını müxtəlif orqanlarda gördüyüm Aydın Quliyev məhz tələbəyataqxanasından tanıdığım oğlan imiş. Necə deyərlər, ürəyin duyumu bizi yenidənqarşılaşdırmışdı. Artıq biz eyni meydanda təmsil olunurduq. Bu meydanın adıyazılı mətbuat -qəzetçilik idi.

Neçə illərdi görüşürük,qarşılaşırıq, telefonla əlaqə saxlayırıq... Neçə illərdi bir-birimizisalamlayır, bayramlarda təbrik edir, ailələrimizin, övladlarımızın uğurlarınasevinirik... Həm də neçə ildir ki, Aydın müəllim "Bakı-Xəbər" qəzetinəredaktorluq edir. Və mən də həm oxucu kimi, həm də müəllif kimi tez-tez onun qapısını döyürəm.Bu da səbəbsiz deyil. Birincisi, qəzetin nüfuzuna, oxunaqlığına böyük hörmətim,sayğım var. İkincisi, qəzetin baş redaktoru tələbə yoldaşımdı. Deməli, bu qəzethəm də müəyyən mənada mənə də aiddir. Belə olduğu halda qəzetin təəssübkeşi olmaq, ona uğurlar diləmək birbaşa içdən gələnistəyə çevrilir. Bax, mən də həmin istəyin daşıyıcılarından biri kimi izləyirəm"Bakı-Xəbər"i, eləcə də onun baş redaktorunu...

Adətən dost, doğma adamlarhaqqında yubiley yazısı yazmaq çox asandır. Çünki tərifli sözlərə geniş meydanverirsən. Amma həmin yubilyar söz adamı olanda, üstəlik, həm də redaktor olandaonda vəziyyət bir az dəyişir. Tərifi də seçməli olursan, tərifin ifadəçisi olansözləri xüsusi diqqətlə seçirsən ki, sonra redaktor qayçısına tuş gəlməyəsən.Odur ki, barəsində düşüncələrimi bölüşmək istədiyim Aydın müəllimi öncə gözümünönünə gətirirəm. Onu əvvəl-əvvəl tələbə yoldaşı kimi... sonra siyasi müstəvidəyer tutmuş politoloq kimi... daha sonra siyasi ekspert kimi... qəzetredaktoru kimi... və nəhayət, vətəndaş,insan kimi öz baxış bucağım altında ürəyimin, ağlımın süzgəcindən keçirir,kitab kimi oxumağa çalışıram. Və oxuduğum kitaba da öz içimdə ad verirəm:

- Aydın!

Bəli, ad insanı ifadə edir...Ad insanı təqdim edir... Ad insanı təsdiq edir... Ad insanı həm də yaşadır.Aydın olmaq, aydınlardan olmaq, aydınlıq gətirib aydınlıq bağışlamaq heç dəasan iş deyil. Bunu bacarmaq üçün elə AYDIN olmaq lazımdır. Bu mənim bəlağətlifikrim deyil. Əksinə, mənim həyatım boyutanıdığım aydınların demək olar ki, hamısı yaddaşımda işıqlı insanlar kimiqalıb. Və hətta böyük Cəfər Cabbarlının qəhrəmanı olan Aydının maraqlı həyatıda oxucu yaddaşından heç vaxt silinmir. O cümlədən mənim də. Deməli, sözünmayasında nur varsa, o da daşıyıcısının həyatına mütləq transfer olunur. Bu mənadatələbə yoldaşımın hərdən qayğılı, hərdən yorğun, hərdən təbəssümlü, hərdən dəetinasız baxışlarının çöhrəsini görəndə dərhal məsələnin mahiyyətinə vara bilirəm.Bu görüntülərin özü onun həmin anda nələr yaşadığını, nələr düşündüyünüözü-özlüyündə büruzə verir.

Məlum olur ki, Aydın müəllimhansı ovqatdadır. Üstəlik, onun tələsik, səmimi desəm çaparaq yerişləri də eləiç dünyasından gələn bir mesajdı. Buinsan siyasi hadisələrə münasibətini də öz məntiqinə, öz araşdırmalarına söykənibortaya qoyur. Dinləyəndə, yazdıqlarını oxuyanda yadıma onun tələbəlik illərindəkifəallığı da düşür. Həm fakültənin özündə, həm də fakültə həyatından kənardakı tələbə-inşaatdəstələrində...

Aydın Quliyev qəzetin gücünü dədəyərləndirməyi bacarır, onu oxucuya təqdim etməyi də. Ona görə də "Bakı-Xəbər"qəzeti oxucu qarşısında üzüağdı. Bu üzüağlıq Aydın Quliyevin redaksiyada biraraya gətirdiyi əməkdaşların zəhməti, istedadı hesabına sərgiləyib. Elə bu səbəbdəndə hər gün qarşılaşdığım "Bakı-Xəbər"çilərlə olan təmasımdakollektivin səmimiyyətinin də, doğmalığının da şahidinə çevrilirəm. Sadə dildədesəm, ailəyə böyüklük edən elə öz aydınlığını da ortaya qoyubdu. Və bu da...

Hə, mən şəxsiyyətinə,insanlığına, yaratdığı söz ocağının ünvanına həmişə ehtiram və sayğı göstərdiyimAydın müəllimin 60 yaşının işığında təmtəraqdan uzaq, tam səmimi bir şəkildəyazmaq istəyirəm:

- Siz özünü, yerini təsdiqetmiş dəyərli vətəndaşlarımızdan birisiniz. Siz həm də gözəl ailə başçısı,bacarıqlı qəzetçisiniz! Siz eyni zamandagüvəniləsi dost və qardaşsınız! Deməli, siz həm də həqiqətən AYDINsınız!Mən də özümü həyatımda, yaddaşımda, dostluğumda, yoldaşlığımda yeri olanAydının 60 yaşının tamamına sevinirəm. Həmin sevinc hissindən də sevinərək sizinləQarabağda, mənim doğma Tuğ kəndimdə üz-üzə oturub bu günlərimizi qeyd etməyiAllahdan diləyirəm. Və bilirəm ki, mənim diləyim yerdə qalmayacaq. Biz,Qarabağda görüşəcəyik! Bax, o zaman indi yazmadıqlarımı, demədiklərimi sizəsöyləyəcəm. Ona görə də ürəyimin başqa bir guşəsində olanları o günəsaxlayıram. Görüşmək ümidilə sizi bağrıma basır və "60 yaşınız mübarəkolsun, əzizim Aydın!" - deyirəm.


TƏQVİM / ARXİV