adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ruhdan düşmək və ruhdan salmaq olmaz - Eminquey yazır

EMİNQUEY AKİF
61153 | 2020-07-20 14:38
Müharibə olmayacaq, başımızı qatdılar və başqa bu kimi fikirləri qoyun bir qırağa. 

Düşünün: əsgər yola salınan uşaqlar hansı intizarla, hansı nigaranlıqla yola salınır. Əsgərlər bu intizarı, nigaranlığı o müddətdə necə yaşayırlar. Çətindi. Üstəgəl, əsgər yoldaşların şəhid ola, qızğın atışma gedə...

Və qəfil korpusa xəbər gələ ki, Azərbaycan xalqı küçələrdədi, orduya dəstəkdi, orduya inanır. Nə polis mane olur, nə də dövlət.

Səhərsi eşidələr ki, hərbi səfərbərlik idarələrinin önündə yüzlərlə adam yığılıb.

Əsgərlər sevinməzmi?

Az da olsa bu nigaranlıq, intizar çəkilməzmi?

Vallah sevinərlər, vallah çəkilər.

Adicə evdə əlinə bir mismar, bir çəkic alanda işimizin üstündə deyinən adam olanda, işdən soyuyuruq, əsəbiləşirik.

Kimsə bizə "sən ustadan da yaxşı bacararsan" deyəndə dağı dağ üstdə qoyuruq.
ən azından bütün bunları düşünmək və buna görə də etdiyiniz bütün şeylərə görə təəssüflənməmək lazımdı.

Amma boş da buraxmaq lazım deyil...

TƏQVİM / ARXİV