adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Bu yazını oxuyun və halınıza şükür edin! - Eminquey yazır

EMİNQUEY AKİF
74914 | 2020-07-17 14:22

Ətrafa boylanaq və görək, başqa ölkələr necə karantin tədbirləri gördülər?

Əvvəlcəvirusun yayıldığı deyilən Çinə nəzər salaq.

Çin dünyanınən çox əhalisi olan ölkəsidir.

Çin virusaqarşı ən sərt, ən amansız tədbirləri gördü.

Adamlarkarantinə alınmış evlərin qapısına belə qaynaq vurdular ki, evdən çıxa bilməsinlər.

Dronlar şəhərəburaxıldı.

Dronlar küçədəmaskasız gəzən adamlara xəbərdarlıq etdi.

"Bəli, budron səninlə danışır, maskasız gəzə bilməzsən, tez ol, qaç evə və əlləriniyumağı unutma!”.

"Gülmə,maşınına min və evə get. Maska da taxmamısan. Nə baxırsan? Get evə!”.

Çində küçələrdətəxminən 200 milyona yaxın kamera var.

Binalarıngiriş-çıxışında üztanıma kameraları var.

Bu kameralaradamların üzlərini qeydə alır və sonra məlumatları digər kameralara ötürür. Beləlikdə hər bir vətəndaşın hara getdiyi, nə üçün getdiyi izlənildi.

İnsanlarkağız pulla yox, "WeChat” proqramı ilə ödənişlərini etdilər.

Bununla da insanlarınhardan və nə vaxt alış-veriş etdiyi dəqeydə alındı.

Hər birinsan rənglərlə kodlandı – qırmızı, sarı, yaşıl.

Əgər xəstəliyinəlamətləri yaranarsa rəngin sarı olaraq qeydə alındı.

Test nəticənpozitiv çıxarsa, rəngin qırmızı olaraq qeydə alındı.

Son 14 gündəgetdiyiniz bütün yerləri, görüşdüyünüz bütün adamları müəyyən edərək mesajla həminadamları məlumatlandırdılar.

Məsələn, "WeChat” proqramı ilə çörək aldığın dükana beləmesaj göndərildi və rəngi sarı olaraq qeydə alındı. Bu sarı rəng o deməkdir ki,artıq o da özünü karantinə almalıdır.

Yolda gəzərkənyanlarından keçən adamların yaşılmı, sarımı, qırmızımı olduğunu proqram vasitəsilərahat görə bildilər.

Rəngi sarı vəya qırmızı olanlar çölə çıxdılarsa, 3 ildən 7 ilə qədər həbs cəzası aldılar.

Ona görə dəİtaliyaya gedən çinli həkimlər oradakı karantin tədbirlərini lağa qoymuşdular.

Amma Çininetdiklərini hansısa bir demokratik ölkədə tətbiq etmək çox çətindir.

Çinlə birgəbu sərt tədbirlərin xeyrini görən Cənubi Koreya oldu.

Xüsusilə dəhəkimləri qorumaq üçün gözəl tədbirlər gördülər.

Küçələrdə insanlarınpulsuz testdən keçməyi üçün test məntəqələri yaradıldı. Onun üçün də dünyada ənyüksək test faizi Cənubi Koreyaya məxsusdur.

Xəstələrlə həkimlərintəmasını minimuma endirmək üçün xüsusi telefon kabinalarına oxşar kabinalaryaradıldı. Bunun sayəsində həkimlər xəstələrlə heç bir təmas olmadan testyoxlanışını həyata keçirə bildilər. Kabinalar hər xəstədən sonra dezinfeksiyaolundu.

Həttamaşınlara belə test xidməti təşkil olundu. İnsanlar maşından enmədən, heç kimlətəmasa girmədən test yoxlanışından keçə bildilər. Nəticələr isə mesajlainsanlara yollanıldı. Nəticəsi pozitiv olanları tapıb xəstəxanaya yerləşdirdilər.

Sırf virusüçün xüsusi telefon tətbiqi yaratdılar.

Bu tətbiqsayəsində telefonlara yüklənən proqram yoluxan insanların harada olduğunu,yaşadığını bəlli etdi və digər insanlar da yoluxan insanların harada yaşadığınıbildilər. Sadəcə, insanların adları gizli qaldı.

Honk-Konqdainsanların evdən qaçmadığını bilmək üçün qollarına izləmə bilərsizkləritaxdılar. Eynən ev dustaqlarında olduğu kimi.

Nepaldakarantin rejiminə əməl etməyənləri heyvan tutmaq üçün istifadə olunan uzun dəmirçubuqlarla tutub qəfəslərə saldılar.

Panamadavirus yayılmasın deyə qadınların və kişiləri ayrı günlərdə çölə çıxmasına icazəverildi.

Bazar etəsi,çərşənbə və cümə günləri qadınlar, şənbə, çərşənbə axşamı cümə axşamı günləriisə kişilər küçəyə çıxa bildilər.

Bazar günüisə heç kim.

Kolumbiyadaisə insanlar vəsiqələrinin seriya nömrələrinin son rəqəmlərinə görə küçəyə çıxabildilər.

Məsələn,seriya nömrəsi 1 və 2 ilə bitənlər bazar ertəsi, 3 və 4 ilə bitirsə çərşənbə axşamı.

Ən gülməli qərarıMalaziya verdi.

Malaziyada qadınlarüçün düzgün geyinmək, bəzənmək və kişilərlə mübahisə etməmək kimi qaydalarıdiqtə edən absurd posterlər hazırlandı.

Qadınlaretiraz üçün ayağa qalxdı və hökümət üzr istəyib posterləri yığışdırdı.

İranda bələdiyyədəişləyənlər ölümü xatırlatmaq üçün əzrail geyimində küçələrdə gəzdilər.

Xəstəxanalardahəkimlər dezinfeksiya əvəzinə əllərində üzərlik tüstülətdilər.

Hökümət türbələrəziyarəti əngəlləsə də, dini rəhbər və ətrafı etiraz etdi, hətta türbələrin şəfaverəcəyini dedi. İnsanlar türbələrə axışdılar. Türbələrdəki dəmirləri öpdülər,yaladılar.

İtaliyada xəstələrənəzarət etmək üçün kameralı robotlardan istifadə olundu.

Beləcə həkimlər,tibb işçiləri viruslu xəstələrlə təmasa girmədilər.

Amma dünyadatəcrübə bunu göstərdi ki, ən yaxşı nəticələri zamanında ən sərt tədbir görənölkələr əldə etdilər.

Xülasə,karantin uzandıqca uzanır.

Hamıgileylidir və başadüşüləndir.

Amma buyazını oxuyun, əlinizdən heç nə gəlmirsə, barı halınıza şükür edin!

TƏQVİM / ARXİV