adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ÖMÜR BAHAR DEYİL...

FAİQ QİSMƏTOĞLU
63512 | 2020-07-17 11:38

... Vətənuğrunda döyüşənlər, Vətən uğrunda vuruşanlar və Vətən uğrunda şəhidolanlar heç vaxt nədənsə çəkinməyiblər.Çünki Vətən onların canı, ürəyi, qəlbidi. Canı, ürəyi və qəlbi olan, Vətənuğrunda döyüşən o igidlər hər an, hər dəqiqə düşmənin üstünə şığıyıblar,döyüşüblər, onların dizini yerə qoyublar və Azərbaycan bayrağını ucatutublar... Və Vətən uğrunda şəhid olan, öz qanıyla torpağımıza məlhəm qoyan buoğullar yaxşı bilirdilər ki, onları qarşıda nə gözləyir...

... Son bir həftədəermənilərin fasiləsiz olaraq atəşkəsi pozması və ağır artilleriyadan cəbhə bölgəsindəkimövqelərimizi atəşə tutması, mülki əhalini, güllə-baran etməsi təbii ki, Azərbaycanəsgərini heç vaxt rahat buraxmazdı. Yəni Azərbaycan əsgəri və Azərbaycan ordusuonların cavablarını verməli idi və verdi də! Bu gün hər bir Azərbaycanlı Tovuzagedən döyüşdə qəhrəmancasına həlak olmuş o igidlərə bənzəmək istəyir. Hər birazərbaycanlı şəhid olmuş general-mayor Polad Həşimova bənzəmək istəyir... hərbir azərbaycanlı şəhid olmuş polkovnik, artilleriya komandiri İlqar Mirzəyevə bənzəməkistəyir... hər bir azərbaycanlı şəhid olmuş mayor Namiq Əhmədova bənzəmək istəyir...hər bir azərbaycanlı şəhid olmuş mayor Anar Novruzova bənzəmək istəyir... hərbir azərbaycanlı şəhid olmuş gizirlər İlqar Zeynallıya, Yaşar Babayevə və müddətdənartıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Elçin Mustafazadəyə bənzəmək istəyir...Və eləcə də bu döyüşdə şəhid olmuş digər əsgərlərimizə bənzəmək istəyir...

... Onların hərbiri bir evdən deyil, Azərbaycandan gedən oğullardılar! Yəni onların kədəri təkdoğmaları, əzizləri üçün deyil, bütün Azərbaycanın dərdi, kədəridir. Elə bütünAzərbaycan da o şəhidlərin cənazələrini çiyinlərində son mənzilə yola salırdı.Və bütün Azərbaycan o dərdi çiyinlərində çəkirdi. Çünki onlar mənim, sənin vəbizim xoşbəxt gələcəyimiz üçün, torpağımızın yağılardan azad olunması üçündöyüşərək qəhrəmancasına şəhid olublar.Onların qanı tökülən Azərbaycan torpağında lalələr baş qaldıracaq... Onlar laləkimi, çiçək kimi, gül kimi yenidən torpaqdan boylanacaqlar... Boylanacaqlar ki,yenidən bizim yanımızda və aramızda olsunlar. Və onlar həmişə yanımızda vəaramızda olacaqlar...


Polkovnik İlqarMirzəyevin dəfn mərasimində oğlunun çıxışı hamı kimi məni də kövrəltdi. O,insan dalğasına, insan selinə baxıb bir təsəlli tapdı. Üstəlik də cənabprezidentin onunla telefonla danışması bu gəncin ürəyində çox böyük inam vəümid yaratdı. İnam və ümid yaratdı ki,onlar heç də tək deyillər. Prezidentdən tutmuş bütün xalqa qədər hamıonların yanındadır. Əgər xalq sənə dəstək verirsə, sənin əzizini və şəhid atanısevirsə, deməli, bu sevgi əbədidir. Əbədi olan sevgi isə həmişə insanlarısabaha, gələcəyə, işıqlı bir aləmə aparır. Xalqın sevgisi və xalqın məhəbbətiheç vaxt tükənən deyil. O uşağın, o gəncin gözlərində ağır kədər hiss olunsada, ancaq xalq sevgisi istər-istəməz bu dərdi yüngülləşdirirdi.

General-mayorPolad Həşimov çox şərəfli və namuslu bir yol keçib. Onun o qədər böyük ürəyivarmış ki, adam məəttəl qalır. Belə ki, 2016-cı ilin aprel döyüşlərində ona evbağışlanılır, o isə evi bir şəhid ailəsinə hədiyyə eləyir. Bax, bu ürəyinsahibi idi general-mayor Polad Həşimov! Bu general üçün göz yaşı axıtmamaq, onusevməmək günah olardı! Silahdaşlarından tutmuş onu tanımayan adamlara qədərhamı o kədərin içərisində boğularaq o ailəyə, o nəslə söykək olurdu. Azərbaycangeneralı əsgərdən qabaq səngərdə idi və əsgərləriilə bir yerdə döyüşərək şəhid oldu. Bax, budur Azərbaycan generalının həyatyolu!..

Sumqayıtdakı mənzilinəaparılanda yenə möhtəşəm insan dalğası şəhid generala öz sevgisini göstərdi. "Şəhidlərölməz, Vətən bölünməz” şüarları səsləndi. Mənim ən çox diqqətimi cəlb edən onunsadə bir evi olması idi. O evin eyvanı da, özü kimi çox sadə idi. Hansı ki,generallar var, neçə-neçə villaları,imarətləri diqqəti cəlb eləyir. Amma bu dünyadan köçəndə heç kəs imarəti, var-dövləti ilə yadda qalmır.Yadda qalan general-mayor Polad Həşimov kimi namuslu və vicdanlı insanlara olanel məhəbbətidir. O namuslu və vicdanlı insan ki, heç vaxt özünü xalqdan və millətdənayrı tutmayıb. Onlar həmişə xalqın, millətin arasında olub. Xalqa və millətəyaxın olan generallar isə həmişə sevilib, seçilib və yadda qalıb. Bir onu bilirəmki, bizim hərb tariximizdə general-mayor Polad Həşimov öz igidliyi və şəhidliyiilə yeni bir qızıl səhifə yazıb və başqalarına da nümunə göstərib! Eşq olsun,belə Vətən oğullarına!

Vətənin ən ağır,ən çətin günündə bütün xalq ayağaqalxaraq Azərbaycan prezidentinə və Azərbaycan ordusuna dəstək verdi. Bu möhtəşəmliyi,bu insan selini görmək və onların arasındaolmaq çox qürurverici anlar idi. O anlar ki, biz bunu 2016-cı ilin apreldöyüşlərində də görmüşdük. Onda da yeniyetmədən tutmuş 77-ə qədər bütüninsanlar prezident və Azərbaycan ordusu ilə həmrəyliyini bildirmiş, cəbhəyəgedib döyüşmək istədiklərini bəyan etmişlər. Bax, onda da belə coşqu idi...onda da belə möhtəşəmlik idi... indi də belədi... İzdiham və coşqu vardı...

Vətən sevgisipulla alınmır... Vətən sevgisi heç də adi sevgi deyil. Bu Allah sevgisi, Allahməhəbbəti qədər müqəddəs bir hissdir. Və bu müqəddəs hissdən istifadə edərəkqara məqsədlərə yönəltmək vətənə xəyanət deməkdir. Millətin ağır günündə onunmöhtəşəmliyindən, sevgisindən yararlanaraq qara niyyətlərini həyata keçirmək istəyən qara qüvvələrinqarşısı hər zaman, hər an alınmalıdır. Çünki bu qara qüvvələr millətin bu ağırgünündə həmişə milli birliyi dağıtmağa, pozmağa çalışmış, qaragurçu niyyətlərinihəyata keçirməyə can atmışdılar. Həmişə olduğu kimi, onların bu dəfə də iç üzüaçılacaq. Duru suyu bulandırmaq, onun içində balıq axtarmaq qara qüvvələrinzamanından və məkanından asılı olmayaraq, həmişə çirkin məqsədi olub. Buçirkin əllər və çirkin məqsədlər ifşaolunmalı, üzə çıxarılmalı və onların maskaları yırtılmalıdır. Vətənin ağırgünündə kimdənsə qisas almaq, kimdənsə intiqam almaq ən böyük cahillik vənadanlıqdı.

... Döyüşlər bugün də səngimir. Yəni yağı düşmən atəkəsi pozur, mövqelərimizə zərbələrendirir. Amma cavablarını da alırlar. Ermənilərin ağlı 1990-cı illərin əvvələrinəgedib. Elə bilirlər ki, mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqla vədaxildə təxribat yaratmaqla şəhərlərimizi, kəndlərimizi camaat qoyub qaçacaq. 2016-cı ilin aprel döyüşlərində Lələtəpəuğrunda gedən ağır döyüşdə Horadiz şəhərindən bir nəfər belə yerindən tərpənmədi.Bütün mülki əhali öz ocağında, öz evində idi. Çünki onlar yaxşı bilirdi ki,qarşıda möhtəşəm Azərbaycan ordusu var. Və indi də Tovuzda sərhədyanı kəndlərdədöyüşlər getsə də, bir sakin də evini tərk etmir. Ona görə ki, qarşıdakı səngərdəonları qoruyan, düşmənlə döyüşən Azərbaycan ordusu, Azərbaycan əsgəri var!..

... Şəhidlər buvətənin, bu millətin, bu dövlətin yolunda canlarını qurban veriblər. Və onalrınbu vətən qarşısında heç bir borcu, heş bir yükü qalmayıb. Əksinə, bizim onlarqarşısında çox böyük borcumuz, vəzifəmiz var. Biz o şəhidlərin ruhunu şad eləmək üçün, onların qisasınıalmalı, torpaqlarımızı işğaldan azad etməli və hər birinin ailəsini, balasınıgöz bəbəyi kimi qorumalıyıq. Yazımı böyük Musa Yaqubun bir bənd şeiri iləbitirmək istəyirəm:

Bəlkə dəborcundan çıxmadım, Vətən,

Ömür bahar deyilbir də qayıtsın.

Ölsəm dəqoynunda qoy ölüm ki, mən

Çürüyüm, birovuc torpağın artsın!


TƏQVİM / ARXİV