adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

BAŞ VERƏNLƏR TÜRKİYƏ-RUSİYA MÜNAQİŞƏSİDİR - EMİN PİRİ YAZIR

Emin Piri
62312 | 2020-07-17 08:10

Biz məsələlərəöz rakursumuzdan, müəyyən qədərsə lokal baxırıq. Siyasətçisindən yazarına kimi.Elə erməni tərəfi də. Əslində nə baş verir? Tovuzda baş verənlər nəyin mesajıidi?

Sırf bu günlər yaşananlarTürkiyə-Rusiya münaqişəsidir. Tovuz isəpoliqon. Eyni zamanda niyə atəşkəsin pozulmasına vərdiş etdiyimiz işğal olunmuşregionlarda yox, məhz Tovuzda?

Liviyada Rusiyavə Türkiyənin mövqeyi, maraqları toqquşur. Türkiyə ordusu bir neçə cəbhədə Rusiyatərəfdarlarına zərbə vuraraq geri oturtdurub. Hər halda hər iki ölkə Liviyanınala qaşına, qara gözünə görə orada deyil. Siyasi nüfuzdan əlavə enerjiresurslarına nəzarət! Hadisələrin bu cür gedişi Liviyada Türkiyənin enerjiresurslarına daha çox nəzarət edə biləcəyi gedişatını göstərib. Elə isə məhz bucəhətdən Türkiyəyə mesaj ötürmək lazım idi. Hardan? Tovuzdan! Niyə Tovuz?Türkiyəyə gedən qaz, neft boru kəmərlərinin getdiyi ərazi. Liviyada belə davamedərsənsə, mənlə anlaşmazsansa mən də belə ererji nəfəsini kəsə bilərəm mesajı.Bir neçə km dərinlikdə Azərbaycan hədəflərinin vurulması, gələcəkdə o kəmərlərivura və ya ələ keçirə bilərəm mesajı idi Türkiyəyə.

Bir neçə gün ərzindəTürkiyə rəsmilərinin mövqeyi, Ərdoğanın hər çıxışında bu Ermənistanın başı üçündeyil çıxışında nəyi nəzərdə tutduğunu deməyə ehtiyac yoxdur.

Paşinyan azalmışsəsini artırır, nüfuz qazanmaq istəyir və.s kimi gülməli analizlərin yeriyoxdur. Ermənistan bu dərəcədə addımı heç zaman özü ata bilməz. Mesaj Rusiyanıno enerji resurslarıyla bağlı xəbərdarlığı olduğuna görə də ilk cəhdi, təxribatızatən Azərbaycan tərəfi etməyib.

Eyni zamandasaölkəmizə də ayrı mesaj. Qonşu dövlətə meylli "dindar” kütlə vasitəsiləprovokasiyaya şərait yaratmaq. Bax, təkcə cəbhə deyil, daxildə də çox şey olabilər. Gələcəkdə Türkiyə ilə mövqelərimiz haçalansa Türkiyənin deyil, mənimmövqeyimi tutmalısan.

Vəssalam.

Allah şəhidlərimizərəhmət etsin.

TƏQVİM / ARXİV