adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Aqil ABBAS: ARA, VURMA, TXE!

AQİL ABBAS
86696 | 2020-07-16 09:15

Uşaq vaxtı ermənilərlə tez-tez dalaşardıq – həmAğdamda, həm Şuşada, həm də Turşsuda.Erməni olduqlarına görə yox,elə dalaşırdıq da. Ona qalsa erməni uşaqlarıilə üç-dörd dəfə dalaşardıqsa,özümüzünkülərlə iki gündən bir dalaşardıq.

Erməni uşaqlarıilə dalaşanda bizim atalarımız gələrdi, qulağımızdan tutub danlaya-danlaya aparardı, hətta bir şapalaq da vurardı ki, niyə dalaşırsız?!

Bəzən erməniuşaqların ataları davaya bizimkilərdəntez çatardı və bərkdən öz uşaqlarına çığırardılar:

-Ara, vurma, txe!

Bizdayanardıq ki, ataları gəlib, amma erməni uşaqlarıdayanmazdı.

Nə biz ermənicə bilirdik, nə dəböyüklər. Böyüklər deyərdilər ki, balam,ataları sağ olsun, uşaqlarına hirslənirlər ki, vurma. Vətəbii ki, «txe» sözünün nə olduğunubilmirdik.

Sonralar öyrəndik «txe» - «vur» deməkdi. Yəniazərbaycanlılar eşitsin ki, vurmadeyir, amma öz uşaqları bilsinlər ki,vurmaq lazımdı.

İndi beynəlxalq təşkilatlar, ATƏT,BMT, Rusiya, Kollektiv TəhlükəsizlikMüqavilə Təşkilatı və Rusiyanın Xariciİşlər Nazirliyi ermənilərə deyir ki:

- Vurma, txe.

Və elə ona görə də Ermənistan heç birbeynəlxalq təşkilatı və beynəlxalq ictimaiyyəti eşitmir.

İndi vurmaq zamanıbizimdi. ATƏT-in də, BMT-nin də, nə bilim Avropa Birliyinin də, KTMT-nın da, Rusiyanında dediklərini biz qulaqardına vurmalıyıq.


TƏQVİM / ARXİV