adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: ERMƏNİSTAN BU TƏXRİBATLA DAYILARINI MÜHARİBƏYƏ CƏLB ETMƏK İSTƏYİR

AQİL ABBAS
75129 | 2020-07-14 09:10

Guya Ermənistanla Azərbaycanarasında Qarabağ məsələsi həll olunana qədər müvəqqəti bir atəşkəsbağlanıb. «Guya» ona görə yazıramki, atəşkəs bağlandığıgündən 24 ildən artıq keçən müddətərzində Ermənistan silahlı qüvvələri hər gün atəşkəsi pozur. Əvvəllər gündə 120-150 arası atəşkəsi pozardı, son zamanlar bu, 30-50 arası dəyişib, tez-tez də snayperləri işləyirdi. Özü də təkcə əsgərlərimizideyil, həm də dinc əhalini nişangötürürdülər. Hətta Ağdamda 9yaşlı uşağı da vurmuşdular.

Atəşkəs əsasən cəbə xəttində pozulur, hərdən də Tovuzun və Qazağın sərhəd bölgəsindəki kəndlərindinc əhalisini avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tuturdular və təbii ki, ölən vəyaralananlar olurdu.

2016-cı ildə Qarabağdagenişmiqyaslı ağır artilleriyadan, «Qrad» qurğularından, minamyotlardan, raketlərdən istifadə etməklə əməliyyata başladılar, əslində məqsədləri də Horadizi götürmək idi.

Amma əksinə oldu, Azərbaycan Ordusu nəinkiErmənistan silahlı qüvvələrinə layiqlicavab verdi, həm də Lələtəpəni vəTərtərdəki yüksəklikləri düşmənişğalından azad etməklə təxminən 11 min hektartorpağı işğaldan azad etdi ki, bu dakiçik ərazi deyil. Və bu döyüşlərdə ermənilər 300-dən artıq, qeyri-rəsmi məlumatagörə 500-ə yaxın zabit və əsgəriniitirdi.

İndi gələk ermənilərinTovuzdakı təxribatına.

Niyə Qarabağda, cəbhə xəttindədeyil, genişmiqyaslı əməliyyatlarınıTovuzda başladılar?

Çünki Qarabağda başlasalaryenə Azərbaycan Ordusu onlarıçıxdıqları deşiyə qədər qova bilərdi və buna görə də dünyaheç bir söz deyə bilməzdi. Çünki Azərbaycan öz torpaqlarında, yəni dünyanınqəbul elədiyi sərhədləri daxilindədöyüş əməliyyatı keçirir.Və özü də bu müharibə deyil, öz torpaqlarını terrorçulardan azadetmək üçün keçirdiyi əməliyyatdır.

Burda müdafiə nazirimiz hörmətliZakir Həsənovun da müsahibə verərkən kobud birsəhvə yol verdiyini qeyd etməməkmümkün deyil.

Hörmətli nazir müsahibəsində söylədi ki, biz düşməni əzib keçirdik, Rusiyanın müdafiə naziri Şoyqu zəng edibxahiş elədi, ona görə əməliyyatı dayandırdıq.

Burdan belə birməntiq çıxarmaq olar ki, sabahŞoyqu zəng edibdesə ki, ermənilər nə qədər atəşaçsa çıxıb cavab verməyin və yaapreldə qazandığınız yüksəklikləriqaytarıb verin. Qaytarıb verəcəyik?! Nə isə…

Ermənilər genişmiqyaslı əməliyyatıməhz Tovuzda ona görə başladılar ki, Azərbaycan Ordusunun əsəbləri dözməsin və Azərbaycan-Ermənistan sərhədini aşaraq düşmənin kəndlərinivə ya düşmən ərazilərini zəbtetsin. Bu, ermənilərin çox bic və eləcədə ağıllı düşünülmüş bir planıdı. Bumüharibə deməkdir. Azərbaycan Ordusu dünyanınqanunlarını pozaraq Ermənistanın ərazisinəgirir.

Bildiyiniz kimi, ErmənistanKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınınüzvüdür. Yəni Ermənistan hərhansı bir dövlətlə müharibəyə başlarsa, həmin Təşkilatın üzvləri Ermənistana həm hərbi sursatbaxımından, həm də əsgər baxımdanyardım etməlidir və buna borcludur. Təbii ki, həminTəşkilatın başında da Rusiya gəlir.

Və Ermənistan həm də bu hərəkətiilə təkcə bizi təxribataçəkmir, eləcə də Rusiya başda olmaqlaKollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatı üzvlərini də təxribata çəkir.

İndi görək başda Rusiyaolmaqla Ermənistanın bu hərəkətinə Təşkilatın üzvlərinincavabı və reaksiyası nə olacaq?

Və olacaqmı?!


TƏQVİM / ARXİV