adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜNYANIN RƏNGİ

FAİQ QİSMƏTOĞLU
62995 | 2020-07-11 10:15

... Dünya hansırəngdədi, hansı biçimdədi, hansı görkəmdədi, bunu onu duyanlar, onun varlığınıdərk eləyənlər daha yaxşı bilirlər. Və dünyanı da yaxşı rəngə, xoş duyğularaboyayan ağıllı, müdrik, ziyalı insanlardı. O ziyalı insanlar ki, dünyamızı sevə-sevəyaşayır, sevə-sevə yaradır və sevə-sevə də nazını çəkir. Bu insanlar böyük kütlətərəfindən həmişə hörmətləqarşılanırlar. Çünki onlar işıqlıdılar, nurludular və həmişə əllərindənyaxşılıq, xeyirxahlıq və savab işlər gəlir...

Mən o böyükziyalını təxminın 15 il bundan əvvəl bir görüşdə tanımışam. Onda böyük şair,böyük insan Zəlimxan Yaqubla Bakının Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdəgörüş keçirilirdi. Görüşün iştirakçıları da möhtəşəm idi... ssenarisi də möhtəşəmidi... bədii parçaların və şairin şeirinin səsləndirilməsi də möhtəşəm idi... Otədbirdə hər şey möhtəşəm idi. Və bu möhtəşəm tədbir sonda gözəl bir çay süfrəsiylətamamlandı.

Tədbirdə iştirakedən BDU-nun kafedra müdiri, professor Pənah Xəlilov, millət vəkilləri,professorlar Şamil Qurbanov, İsgəndər Quliyev bu anları möhtəşəmliyindəndanışdılar. Professor Pənah Xəlilov dedi ki, bu görüşü kim təşkil edibsə, onunssenarisini kim yazıbsa, şeirləri kim səsləndiribsə,hamısı möhtəşəmdi. Hətta bu çay süfrəsini də o qədər gözəl və səliqəliyaradıblar ki, adam bu mədəniyyətə təəccüblənir. Pənah müəllim məktəbin direktoru Səməndər müəllimdən soruşdu ki,bu tədbiri kim təşkil edib? O da əliniuzadıb direktor müavini Rüxsarə Əlizadəni göstərdi. Dedi ki, gördüyünüz bütün nəvarsa, hamısı bu xanımın ideyasının və təşəbbüsünün bəhrəsidir. Pənah müəlliminçöhrəsinə təbəssüm qondu: "Bax, belə vətənpərvər, ziyalı müəllimləralqışlanmalıdır. Onlar həm öz təşəbbüsləriylə şagirdlərin yaddaşında iz qoyur,həm də bizi sevindirirlər. Eşq olsun belə müdrik, ağıllı və təcrübəli Azərbaycanpedaqoqlarına! Buna görə mən Rüxsarə müəlliməyə təşəkkürümü bildirirəm”.

Bax, onunla -Rüxsarə Əlizadə ilə tanışlığım həmingündən başlandı. Həmin gündən bir daha yəqin etdim ki, Azərbaycan təhsilində özpeşəsini sevən, işinin vurğunu olan, hər şeyə yaradıcılıqla yanaşan və fərqlibucaqdan baxan belə bir istedadlı pedaqoq var. Sonradan mən Rüxsarə müəlliməninideyası ilə hazırlanmış bir neçə ədəbi-bədii kompozisiyanın da şahidi oldum.Bir daha yəqin etdim ki, o heç də əvvəlkimöhtəşəm tədbiri təsadüfən gerçəkləşdirməyib. Yəni sonrakı ədəbb-bədiikompazisiyalar da öz möhtəşəmliyilə, orijinallığıyla və qeyri-adiliyilə fərqlənirdi.Təbii ki, bu da böyük ziyalının istedadı, pedaqoji təcrübəsi və ən nəhayət, özpeşəsinə əvəzsiz sevgisi ilə bağlı idi. Sevgi olan yerdə həmişə insanınistedadı, yaradıcılığı və bədii təxəyyülü özünü bu və ya digər formada əksetdirir.


Rüxsarə ƏlizadəBakı Dövlət Universitetinin Mexanika və riyaziyyat fakültəsini bitirib. Uzunillərdir ki, Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə direktor müavinivəzifəsində çalışır və informatika fənnindən dərs deyir. O həm təşkilatçı, həmdə müəllimə kimi şagirdlərin yaddaşında əbədi iz qoyub. Çünki Rüxsarə müəlliməhər bir şagirdlə öz dilində, öz biçimində və öz düşüncəsində danışmağı bacarır.Elə onun dərs dediyi şagirdlər də məhz bu məziyyətlərinə görə müəlliməni dahaçox istəyirlər. Ali məktəbi bitirib müxtəlif vəzifələrdə çalışan çoxlu saydaşagirdləri var. Və onlar bu gün də öz müəllimlərini yaddan çıxarmır, axtarır vətəşəkkürlərini bildirirlər.

Müəllim cəmiyyətindüşünən beyni, görən gözü, döyünən ürəyidi.Və uzun illər Rüxsarə Əlizadə həmişə çalışıb ki, bu dəyərləri, bu cizgiləriyaşatsın. Daha doğrusu, elə yaşadır da. Əgər yaşatmasaydı, o, şagirdləri vədoğma kollektivi tərəfindən bu qədər sevilməzdi. Bilirsiniz onu sevdirən hansıməziyyətləridi? Onu sevdirən sadələyi, səmimiliyi və hər kəslə öz doğması kimidavranmasıdı. İnsanlar bu doğmalığı, bu səmimiyyəti görəndə həmişə o adamlaradaha yaxın olur, hətta dərdini, kədərini onunla bölməyə can atırlar.

Hər bir ailəninöz kökü, öz keçmişi, öz yadda qalan xarakteri var. Rüxsarə Əlizadə də kökü,keçmişi və yüksək mədəniyyəti olan bir ailənin övladıdı. O ailə ki, ziyalı ailəsidi, müəllim ailəsidi və insanlara həmişəsevgi, məhəbbət və səmimiyyət aşılayıb.Təbii ki, belə bir ailədə böyüyən, tərbiyə alan xanım da elə belə olmalıydı:ziyalı, sadə, səmimi və hamıya segi iləyanaşan!

Eşitdim ki, buyaxınlarda Rüxsarə Əlizadənin ad günüdü. Heç özünün də xəbəri yoxdur ki, mən buxanım haqqında yazı qələmə alıram. Amma onun nəcibliyi, istedadı və ən nəhayət,səmimiyyəti məni tərpətdi ki, onun barəsində ürəyimdən keçənləri qələmə alım vəsevgili oxuculara çatdırım. Ən azından ona görə ki, mən də o tədbirlərdə bir stəkançay içmiçəm. Və o bir stəkan çay heç vaxt yadımdan çıxmır.

Yazını qələməalmamışdan məktəbin direktoru, dostum və qonşum, böyük ziyalı Səməndər Məmmədovlatelefon əlaqəsi yaratdım. O da Rüxsarə Əlizadəni anadan olması münasibəti ilə təbrik elədi. Dedi ki, düz 20 ildir bir yerdəişləyirik. Məktəbin ən ağır yükü bu 20ildə çox vaxt onun çiyninə düşüb. Bir dəfə də sifətini turşutmayıb ki, bu qədərişi mənə həvalə edirsən. Əksinə, nə tapşırıq verilibsə, hamısını çox möhtəşəmbir formada təşkil edib. Həm görüşə gələn, həm də görüş iştirakçıları razıqalıblar. Bu da təsadüfi deyil. Çünki Rüxsarə müəllimə kreativ ideyalar müəllifidir.Hansı tədbiri keçirirsə, öz orijinallığı və qeyri-adiliyi ilə yadda qalır. Bugözəl və səmimi insanı bir daha öz adımdan və pedaqoji kollektiv adından adgünü münasibəti ilə təbrik edirəm. Qoy canı sağ olsun və həmişə də öz işinibax, belə yüksək səviyyədə görməyi bacarsın.

Rüxsarə Əlizadəözü də gözəl ailə başçısıdır. İki övladı var. Hər ikisi ali təhsillidir. Oğluxaricdə işləyir, qızı isə beynəlxalq təşkilatların birində çalışır. O, özistedadı, bacarığı, peşəkarlığı ilə fərqlənməyi həmişə bacarıb. Ona görə də dəfələrləBakı Şəhər Təhsil İdarəsi və digər qurumlar tərəfindən təhsildəki uğurlara görəFəxri Fərmanlarla təltif edilib. Ən böyük təltif isə dərs dediyi şagirdlərin vəməzunların ona olan məhəbbəti, istəyidir.

O həmişə müəllimadını, müəllim şərəfini, müəllim qürurunu uca tutub... O, həmişə seçdiyi vəsevdiyi peşəsinə məhəbbətlə yanaşıb... O, həmişə dəqiqliyi, səmimiyyəti və diqqətisevib. Və yaşadığı arxada qalan bu illər üçün heç vaxt heyfislənməyib, təəssüflənməyib.Əksinə, qürur duyub ki, arxada qalan o illər bir xatirəyə çevrilməklə ona cəmiyyətdə,yaşadığı həyatda, işlədiyi kollektivdə sevgi və məhəbbət gətirib. O insan ki,bütün dünyanın varlıqlarını sevir, o adamlar da həmişə o insanı sevirlər. Deməli,Rüxsarə Əlizadə yaşadığı ömür üçün qürur duymaqla yanaşı, həm də insanların çoxböyük sevgisini qazanıb...


TƏQVİM / ARXİV