adalet.az header logo
  • Bakı 11°C

Mədə və travmadan yaranan ideologiyalar - Emin PİRİ yazır

Emin Piri
70188 | 2020-07-11 10:20

Biz nə qədər ideoloji, milli, bəşəri anlamlarverməyə çalışsaq da, bəzi qərarlar, məhz o qərarların yaratdığı ideoloji,milli, bəşəri görüntülər şəxsi travmalar, hislər, eqo, özünü isbatlamaq, qisasistəyindən başqa bir şey deyil.

Hitlerindən, Napoleonuna, OktavianAvqustundan misir fironlarına kimi tarix kitablarının bizə öyrətdiyi siyasət,tarixi gedişat bəzi hallarda travmaların, hislərin, eqonun yaratdığısituasiyalardır.

Mədə və seks. İnsan varlığının başlanğıcdanta indiyə kimi həyat bu iki ehtiyacın təminatı və bunun uğrundakı mübarizdəfonunda qurulub. Yaxud keçmişin bu cür təminatsızlığının qisasını almaq üzərindəgedən gələcəyin ideoloji, şəxsi savaşları...

Bəli, məhz mədə və seks. İstər milliyətçi,istər əksi olan ideologiyaların alt qatında sənin və dəyər verdiklərinin bu ikiəsasda başqalarından daha çox təmin edilməsini düşünməyin durur. Düşünməsən belə,insan xislətində yatan, özünə belə etiraf etməyə qorxduğu, vəhşi canlı həmişəoyaqdır.

Yuxarıda qeyd etdiyimiz kimi bu iki təminatsızlıqgələcəkdə ideologiyayla pərdələnərək qisasa, daha geniş formatda isə dünyatarixinin, xəritələrinin dəyişməsinə rəvac verir.

Napoleon kimi bir şəxsin, hər halda Rusiyadaplanları başqa cür ola bilərdi. Zamansız kişilik eqosu, onu hirslə Rusiyabuzlaqlarına aparmasaydı. Hər şey dəyişə bilərdi. Əlbəttə ki, Rusiya şahzadəsinəetdiyi evlilik təklifinə cavab olaraq "Korsika qurbağası” damğasıyla alçaldılmasaydı.Çar bacısının - bir qadının "yox” cavabı idi kişilik eqosunda boğulan Napoleonuzamansız Rusiya çöllərində sərgərdan edən. "Mən Napoleonam və səninlə məhz özevində, Kremlin taxtında sevişəcəm”, düşüncəsinin yaratdığı eqo və kişilikqüruru”

Gələcəyin böyük potenasiallı liderininsevdiyi biri ilə evlənmək ömür boyu çiynində demokl qılıncı gəzdirməkdir. Böyükimperator Oktavian Avqust sevdiyi qadınla evlənən əyan oğlunu dövlətə xəyanətdəittiham edərək edam etdirməsi kimi.

Dövlətə xəyanət demişkən, bizim 30-cu illəryadıma düşür. Sağdan, soldan millətçilərə heç bir adiyyatı olmayan, sovetdövründə yetişən xeyli şəxsiyyət dövlətə xəyanətdə ittiham olunaraq sürgün vəedama məruz qaldı. Onların hamısı dövlətə xəyanət etmişdi? Və ya şeirlərində azqala başdan-başa soveti tərənnüm edən biri millətçi damğasıyla necə qurban gedəbilərdi? Bir-birindən xoşu gəlməyənlər şəxsi davalarına görə donoslar göndərərəkbunu dövlətçilik adıyla pərdələyərdi.

Hansısa milli şairlə, elə götürək HüseynCavidlə görüşə görə bir adam repressiya oluna bilərmi? İndini götürək, üzdəolan şairlər az qala hamsı bir-biriylə və ustad bildikləri ilə görüşür, oturur.O dövrdə də eynilə. Ustad Cavidlə onun kimi şəxslərlə hansı şairlərin yolu kəsişməmişdiki?

37-ci illərdə qadının ucbatından "dövlətə xəyanət”adıyla çox ziyalının, şairin başına bəla gəlib. Hər halda hansısa sovet məmurunun"filankəsin xanımından xoşu gəlməsinə görə” ərini edama, sürgünə göndərməsiüçün maddə yox idi. Adını da qoyurdular dövlətə xəyanət, pantürkçülərlə əlaqə,antiinqilabçılıq və.s.

Müşfiq yadıma düşdü. Nakam, gözəl Müşfiq.Yaradıcılığının böyük əksəriyyəti sovet tərənnümü olan, saf, bir qədər dəcəl,Azərbaycanın ən ilhamlı şairlərindən biri. Qadın ucbatından, hansısa sovet məmurununhislərinə görə dövlətə xəyanətdə ittiham olunaraq edam olunanur...

Nəyəsə eyham etmirəm, əsla. Sözdü də deyirəm,hərdən bizə fövqəladə görünən hadisələrə, qərarlara mədə və seks prizmasındanbaxaq. Bəlkə çox şeyi görə bildik. "Çörək və tamaşa” illuziyasında yaşayanlaronsuz da belə şeyləri anlayacaq gücdə deyillər.


TƏQVİM / ARXİV