adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Azərpoçt, day sizə nə deyim?! - Eminquey yazır

EMİNQUEY AKİF
105340 | 2020-07-07 09:30
Deməli, iyunun 22-si Bakıdan Ağcabədiyə poçtla kitab yollamışam. Ad, soyad, poçt, rüsum - hər şey qaydasında. Göndərdiyim gündən bu yana kitabı alan dostumuz hər gün poçtla əlaqə saxlayıb, deyiblər ki, hələ gəlməyib. Axırda bu gün özü gedib poçta ki, bəs mənə kitab gəlməli idi, nə oldu? Deyiblər ki, sizə gələn banderol geri qaytarılıb. Bəs niyə? Əlli min bəhanə gətiriblər. Ay səhv olub, ay məktub vaxtından çox qalıb deyə geri qaytarılıb. Əvvəla yalnız məhkəmə məktubları 3 gündən artıq qalanda geri qaytarıla bilər. Sifarişli banderol məktubların ən azı 1 ay qalmaq müddəti var. Və siz 22-si buradan çıxan məktubu 29-u geri qaytarırsınız. Hansı səbəblə, hansı məntiqlə? Lap tutaq ki, vaxtından artıq qalıb, günlük 30-40 qəpik də buna rüsum yaz, vəssalam da.

Sifarişi geri qaytaran poçt işçisinə bunları dedik, qayıtdı ki, bilirəm. Dedik, bəs bilirsən, niyə geri qaytarmısan? Bir cavab tapıb deyə bilmir.

Poçtun daşıyıcısı ilə danışdım, nə desə yaxşıdı? Qızı şəxsən tanıyıram, ailəsində problemlər var, ola bilər, ona görə fikri dağınıqdı. Bilməyib, siz Allah, çox da şey eləməyin.

Deyirəm, ay qardaş, hamımızın ailəsində problem var da, hamımızın. İndi nə edək? İnsanlar dəyər verir, kitab alır, gözləyir ki, nəhayət gəlib çıxacaq. Axırı da belə. Adamı biabır edirlər.

İndi durub Azərpoçtun qaynar xəttinə şikayət edəcəksən, olacaqsan "suka".

TƏQVİM / ARXİV