adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ÇƏRÇİVƏ - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
91465 | 2020-07-06 09:59

Əvvəlcəsözün hərfi mənasını deyim, çərçivə fars sözü olub, "çəhar çübe”, yəni dördağac deməkdir. Dilimizdə bu sözlə bağlı çoxlu sayda ifadələr işlənir, çərçivəli,çərçivəyə salmaq, çərçivəyə sığmamaq, çərçivədən çıxmaq və s. Çərçivənin məişətmənası da var ki, bu gün mən ondan danışmayacam, sterotiplər, ondan qaçış barədədüşünəcəyik.

Birvaxt fantastik nəhəng hesab etdiyimiz dünya indi "ovcumuzun içindədi”. Dünyanıno başında baş verənlər uzağı bir neçə saata, dəqiqəyə bizə gəlib çatır, məlumatalmaq üçün uzman internet şəbəkəsi var, real səyahət etmək imkanın yoxdursavirtual dolana bilərsən dünyanı. Xalqlar, din və inanclar, adət və ənənələr vəs öyrənmək də su içimi. Amma bu dediklərim nəinki bir ölkədə, hətta ölkəiçi fərqliqaydalarda tənzimlənir. Amma bir məsələ var ki, bu və ya başqa formada deməkolar hər yerdə nəzərə alınır, bu da ÇƏRÇİVƏdir!

İndi dünyanı dolanan "koronavirus” bəlası yoluxmanın qarşısını almaq,insanların həyatını qorumaq üçün bir çox ölkələri həm daxili, həm də ölkələrarasıçərçivələr yaratmağa məcbur etdi. Sərhədlər bağlandı, gediş-gəliş kəsildi,insanlara küçəyə çıxarkən maska taxıb əlcək geyinmək, sosial məsafə saxlamaq məcburisayıldı, hətta müyyən müddət evdənçıxmamaq qadağası, tibbi-gigiyenik qaydalara ciddi əməl edilməsi belə qanunlamüəyyənləşdi. Düzdür bu müvəqqətidir, keçicidir, amma Çərçivədir, məcburi qəlibdirdeyə ruhun etirazına səbəb olur. Axı birçox şeylərin qədrini insan onu itirəndə anlayır...

Azərbaycandaçərçivə deyəndə ağıla ilk gələn cəmiyyət arasında ədəb-ərkən qaydaları, müxtəlifolar-olmazlar, hətta qadağalar olur. Yəni insan istər istəməz özü üçün bir çərçivəyonmağa, bütövlükdə münasibət qaydalarını tənzimləməyə məcburdu. Deməli çərçivəhəm də insanın daim can atdığı azadlığın da nisbi olmasını göstərir bir növ..Yadıma lap aşağı siniflərdə müəllimin uşaqlara verdiyi bir tapşırıq düşdü,uşaqlar heç kəsin olmadığı bir məkan tapıb orda bu tapşırığı etməliydi. Sabahıgün nəticələr soruşulanda tək bircə məktəbli utana-utana tapşırığı yerinəyetirmədiyini bildirmiş, buna səbəb kimi isə hər yerdə Tanrının onu gördüyünügöstərmişdi!..

Deməliəlahəzrət azadlıq heç özü də azad deyilmiş, azad buraxanda anarxiya yaradırmış,problemlərə yol açırmış...

İnsan təbiət mənzərəsinə elə təbiətin içindən baxırsa bir, pəncərədənbaxırsa başqa səhnə görəcək., bu ikincisi çərçivədi. Rəssamın kətan üzərinəköçürdüyü bütöv yox, yarımdı, yəni çərçivədə gördüyüdü. Sözünü, deyəcəklərini həmişəölçüb biçənlər çərçivədə olanlardır, əlbəttə yaxşı mənada! Olduğu kimi görünmək,ya da göründüyü kimi olmaq da çərçivədən çıxmaq deyil. Amma sındırılası, məhvediləsi o qədər çərçivələr var ki!

Amma çərçivə də var çərçivə.. Əgər çərçivə həm də nizam-intizamdısa,münasibətlərdə əndazə gözləməkdisə, kimisə incitməkdən, həsəddən, paxıllıqdan,pislik etməkdən çəkinməkdisə, bunun nəyi pisdi ki... Xəstə adama təyin edilən pəhrizdə, ürəyi xəstə olana fiziki hərəkətin məhdudlaşdırılması da çərçivədi, ammabezdirici, yorucu... Necə ki, mənim film qəhrəmanım da bir gün bezərək ona təyinedilmiş çərçivələri qırıb tökdü, xəstə ürəyilə başqa cür rəftar etməyə qərarverdi, bütün "olmaz”ları "olar”a çevirmək üçün son addımı atdı...

...İnsan yaranışdan azadlığa, dincliyə təşnədi, açıq səmada uçan, istədiyiyerdə yuva quran quşlara, çiçəkdən çiçəyə qonan arılara, zəhmətkeş qarışqalarahəsəd aparıb həmişə. Amma o quşların da, arıların da, qarışqaların da, elə yüzlərlə,minlərlə digər yaradılmışların da əminəm ki, həyatı hansısa bir ilahi çərçivəyəsığır...

Dünyaya gəlişimizlə gedişimiz arasındakı məsafə bircə andır ki, bunu sözadamları bir sözlük, rəssamlar bir fırçalıq, riyazıyyatçılar bir rəqəmlik, bəstəkarlarisə bircə notluq məsafə adlandırırlar.Olum və ölüm fəlsəfəsi bəlli olandan ta bu günə kimi düşündürür insanı.Yaşının, düşüncəsinin bir həddinə çatanda insan da hələ dünyaya gəlməzdən öncə ilahi qəlibə, çərçiyəyəsalındığını və bundan kənara çıxa bilməyəcəyini anlayır...

Bundan əlavəhər insanın öz çərçivələri də var ki, bunu digərlərinə qarşı istifadə edir.M.Fizuliyə görə hər kəsdə bir ölçü var və bu ölçüyə görə yanlış və doğru tərəflərortaya çıxar.

Ruhənazad olan insan çərçivələrə də çığmır, bir yol tapıb onları qırmağa, sındırıbatmağa çalışır...

...Bizi dünyanın o dar çərçivəsindən çıxarır,

Dəli xallardakı hönkürtüyüə dalmaqlaSegah...(B.Vahabzadə)

Asılıb divardan gözəl bir şəkil,

Bahar mənzərəsi,

qalın bir meşə...

Gözəldir,

Çox gözəl, ancaq elə bil,

Çərçivə içində inləyir meşə...

...Kim istər getdiyi yollar, cığırlar,

Dayansın sərt üzlü çərçivələrdə...(B.V)

Sonhəmişə hüznlüdür, acıdır, hər kəs sonu bilir, amma onun gəlməyini istəmir. Sonbitməkdir, tükənməkdir, əgər bu ömrə aidsə daha ağrılıdır demək!..

Ona görə də əvvəlcə öz içimizdə qurduğumuz sərhədləriaçmalı, gedəcəyimiz yolu məchul bir sonsuzluğadək çəkib uzatmağı bacarmalıyıq.O zaman bizim üçün süni yaradılan çərçivələrdən çıxmaq çətin olmayacaq...

Hə, bir də var şəkil çərçivəsi, siz çalışın çərçivəolmayın, nə özünüzə, nə də başqalarına, çərçivədən genişliyə açılan bütöv şəkilolun...

Burdaküləkdi,

Orda qar yağır.

Sürüşür dağlar,

Bu qürub çağı.

Biçilmiş zəmi,

Atılmış sevda.

Qurumuş ot var

Gör neçə adda...

Mavi buludlar,

Quş kimidilər.

Kağız gəmilər

Daş kimidilər.

Huşumdu daha

Cismimə yedək.

Gedək, Şahinim,

Dur yığış gedək...


TƏQVİM / ARXİV