adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

SAĞLAMLIQ - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
115555 | 2020-07-04 09:06

Xalq içində mötəbər bir nəsnəyox dövlət kimi,

Olmaya dövlət cahanda bir nəfəssəhhət kimi.

Muhibbi

Təqribən altı ay qabaq coronadeyilən bu xəstəlik yoxdu.

Böyüklər xüsusilə gənclərəonların sağlamlıqla əlaqəli şeylərə saymazyana yanaşdığını gördükdə "Aybalam, sağlamlığın qədrini bilin" deyərək öyüd-nəsihət verirdi. Ancaq ovaxt deyilən bu söz o qədər də effektli olmurdu, çünki hər bir kəs öz kefinəgörə yaşayırdı. Gənclər Tanrı tərəfindən özlərinə bəxş edilən cavanlığınenerjisi ilə heç nəyi veclərinə almırdı. Bəs indi! Deyəsən atmosfer tamamilə dəyişilib.Mikroskopik bir virus bəşəriyyəti lərzəyə gətirib. Dünyanın super gücləri olanABŞ, Rusiya, Çin, İngiltərə, Almaniya, Fransa kimi ölkələr Covid-19 qarşısındadiz çöküb. Bu bəlanı hansı dövlət yüngül xəsarətlə yola salsa, gələcəyinə dahaböyük inamla baxa bilər.

Hər gün bu xəstəliyə çarətapılması haqda cürbəcür xəbərlər yayılır. Bir-iki gün qabaq yayılan bir xəbərəgörə, Oxford Universiteti xəstəliyə çarə olan bir dərmanı ixtira edib vəprezident Tramp bütün dünyaya kifayət edəcək sayda dərmanı həmin şirkətdənsatın alaraq müqavilə bağlayıb, yəni bu dərmanı inhisarına keçirib. Dərmanınbir hissəsini Almaniyaya, bir azını Fransaya, bir azını da Hollandiyaya ayırıb.Bəzi oxucular niyəsini soruşa bilər, ancaq deməliyəm ki, müstəmləkəçilik siyasətiniyeridənlər, birinci və ikinci dünya müharibələrini də çıxaranlar bunlardeyildi!?

Əsas məsələ Trampın bu davanıinhisarına alması deyil, onun qiymətidir. 6 dozalıq dərmanın qiyməti üç mindollardan artıqdır. Bu da o deməkdir ki, tacir Tramp dünyanı soyub soğana döndərəcək,ölkəsini bu xəstəlik səbəbilə varlandıracaqdı. Allah insanlığı onun caynağınasalmasın. Dünyada bu qədər pulu öz vətəndaşları üçün hansı dövlət boynuna götürəbilər! Çətin məsələdir. Mən Trampı günahlandırmıram, o tacirdir. Həəə, atalardeyib, ot öz kökü üstündə bitər.

Birvaxtlar Amerika deyilən qitənin varlığı hələ bilinmirdi. Haçan ki, AmerikoVesbuçi, ondan sonra da Kristof Kolumb qitənin varlığını kəşf etdi, o qitədəyaşayan insanların da talei tərsinə döndü. Kolumb, həmin qitəyə ayaq qoyduğundaonları dəstə-dəstə güllərlə qarşılayan xalqa onlar odlu silahlarla ölümqusdular.

Avropayaqayıtdıqda dustaqxanalarda nə qədər cinayətkar, qatil, oğru, quldur, kasıb, küçələrdəsülənən qadına oxşar varlıqlar varsa, gəmilərə doldurulub Amerikaya aparıbtökdülər. Aparılanlara "İstədiyiniz qədər torpağı mənimsəyə bilərsiniz"deyildi və onların burada kökləşməsi üçün xüsusilə odlu silahlar və digər vasitələrlətəçhiz edildilər. Bu canilər qitədəki yerli xalqı soyqırımla aradan götürüb məhsuldartorpaqlara yiyələndilər. On illər boyu bir-birlərini də qırdılar, ancaq həminqırğın illərində qərara gəlib təhsilə arxalarına çevirmədilər, elmdən üz döndərmədilər,yeni nəsilləri araşdırmaçı ruhda yetişdilər. Afrikadan zənciləri oğurlayıbaparıb kölə kimi işlətdilər, qul ticarətini adi hala çevirdilər. Bu köləliyin izlərininhələ də ağdərili amerikalılar tərəfindən bir anlayış kimi davam etdirildiyiyaranan hadisələrlə də sübut olunur. Bax, bu yolla onlar zamanlavarlanıb-karlandılar və sadəcə, kölə ticarətilə deyil, dünyanın dörd yanındakiağıllı, bilikli, yetişmiş kadrları tapıb pula hərisləndirərək aparıb özlərinəişlətdilər, nəhayət, dünyanın ağası kəsildilər.

BizTürklərdə ağa, bəy həm yaş, həm varlılıq, həm ləyaqət, həm ədalət, həm dəinsanı insan gözündə görmə düşüncəsinə əməl edənlərə deyilir. Bizim ağa, bəy dediyimizinsanlar üçün getdiyi qapıda qan bağışlanır. Tarix boyu bizdə quldarlıqolmayıb. Dastanlarımızda, hekayələrimizdə, nağıllarımızda, ədəbi əsərlərimizdəbəyin oğlu ya çobanın qızına aşiq olub, ya da çobanın və ya xidmətçinin oğluxaqanın, bəyin, paşanın qızına vurulub. Bu cür hadisələrdə ümumiyyətlə, nəticəbarışıqla qurtarıb və gənclər evlənib xoşbəxt yuva qurublar. Deməyim odur ki,bizimlə digər xalqlar arasında insanlara yaxınlaşma çox fərqlidir. Türktarixinin ən qədim səhifələrində belə əsirlərimizə də insan kimi yanaşmışıq.Bunun örnəyini dünənki Qarabağ uğrunda gedən döyüşlərdə də gördük. Onlar bizim əsirləriacından öldürdüyü zaman, biz onlardan götürdüyümüz əsirlərə gündə üç öynə yeməkyedizdirirdik. Bu da bizim millət olaraq özümüzə olan inamımızdan bəhrələnir.Tarix boyu həmişə öz-özümüzə arxalanmışıq, özgəsindən də kömək ummamışıq. Birsözlə, köndələn çəpərə söykənməmişik, vəssalam.

İşinqəribə tərəfi burasındadır ki, corona deyilən bu xəstəlik yaranandan bəri bizsanki onu vecimizə almadıq və hələ də almırıq. Türkiyədə həkimlər hər Allahıngünü deyir ki, masqanızı taxın və sosial məsafəni gözləyin. Ancaq xüsusilə gənclərimizməsələni qulaqardına verir. Məni heyrətə gətirən məsələ isə Azərbaycanda hərgün bu xəstəliyə 500-dən artıq insanın yoluxmasıdır. Türkiyə kimi 85 milyonluqölkədə günlük test sayı 40 mindən aşağı düşmür və xəstəliyə tutulanların sayıorta hesabla 1300-ə qədər, cırtdan boydakı Azərbaycanda isə beş yüzdən artıqolur. Deməli, Türkiyədə də, Azərbaycanda da hələ də bu virusun nə böyük bəlaolduğunun fərqinə tam mənasıyla varılmayıb. Bəlanın gələndə "gəlirəm"demədiyi də bundan aydın olur.

Hz.Əli (ə) deyib: İki şeyin əldən getmədən dəyərini bilmək çətindir: birisağlamlıq, digəri də gənclikdir. Allahdanarzum insanlarımızın sağlamlığın dəyərini, qədrini bilməsidir.


Seyfəddin Altaylı,

Ankara, altaylı[email protected]


TƏQVİM / ARXİV