adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
03 Iyul 2020 14:20
49309
GÜNDƏM
A- A+

Biz başa sala bilmədik, BMT başa sala bilsəydi... - Əntiqə Rəşid yazır

Deyir, İvan gənc oğluna sovet xalqaları haqqında danışırmış. Deyib ki, ermənilər yalancı və acgöz xalqdı, ruslar araq "ölüsüdü", gürcülər irqçidir...

Birdən oğlu qayıdır ki, bəs azərbaycanlılar?

 

İvan: - Oğul, 20 ildi azərbaycanlının biri ilə qonşuyam, mən hələ də ona başa sala bilməmişəm ki, Svetlana mənim qanuni arvadımdı, sənin arvadın deyil. Anlamır...

Sözümün canı var..

Bu gün Müdafiə Nazirliyinin verdiyi məlumatı oxudum. Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub: " Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır".

 

Bayaq bir saytdan oxudum ki, koronavirus pandemiyası səbəbi ilə 90 günlük qlobal miqyasda atəşkəs elan edilib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qərar qəbul edib.

 

İndi, guya BMT- nin TŞ-sı bir gün qərar verməklə ermənilər ağıllanacaq yəni?

Əşşi, bunlar BMT-ni veclərinə alsaydılar, 28 ildi bizim xeyrimizə çıxarılmış 4 qətnamə havadan asılı qalmazdı...

 

Erməni qanacaqsızını 28 ildi başa sala bilmirik ki, ATƏŞKƏS rejimidi, atəş açıb rejimi pozmaq olmaz..

Anlamırlar ki... Anlasaydılar...

 

 

Əntiqə Rəşid