adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: QIZ GÖRMƏMİŞ SİNƏSİNDƏN YARALANIB ŞƏHİD OLAN

AQİL ABBAS
161670 | 2020-07-04 09:35

Sənanın atasıdırşəkildə gördüyünüz üzü SəttarBəhlulzadənin üzünə çevrilmişbu kişi: Hacı Əkbər Rüstəmov.Ağdamdan çıxan məşhur güləşçilərin70 faizinin məllimi olub. Birvaxtlar «Qarabağ» futbolkomandasının rəhbəri 50 nömrəli peşəməktəbinin həyətində tələbələriilə birlikdə öz əlləri ilə tikmişdi həm stadionu, həm də idman zalını.

67-68-ciillərdə Güləş üzrə SSRİ çempionatında finalda hakimlər tərəfindənqəsdən uduzdurulduğuna görə həm hakimi, həm dərəqibini mal kimi çırpmışdıƏkbər Rüstəmov. Və bunagörə də ömürlük çempionatlardan kənarlaşdırılmışdı.

Oda qayıdıb doğma Ağdamda peşə məktəbində idman məllimiişləyirdi. Ağdamın həmsayılan məllimi, həm də saytaloğlanlarından biri idi. Və bu gün də eləsaytal kişidi.



Turşsu yaylağında tez-tez davaya düşərdik – həm ermənilərlə, həm dəqeyri-ağdamlılarla. Gözümüz Əkbər məllimiaxtarardı. Davaya girdimi, hamı çəkilərdi.Əkbər məllim 7-8 adamla təkdalaşar və hamısını da yerə sərərdi.Qeyri-adi döyüşürdü, xüsusiləayaqlarıyla. Lap sonradanöyrəndik ki, bu döyüş növününadı karatedi. Dağ boydaürəyi vardı və elə indi də var.

Qarabağmüharibəsi başlayanda oğlu Sənanbaşda olmaqla, say-seçmə şagirdlərini başınayığıb könüllü batalyonyaratdı. Və həmişə döyüşün ön cəbhəsində oldu.

Birdöyüşdə həm oğlu Sənanağır yaralanır, həm də bir şagirdi. Güllə yağış kimiyağır, ikisindən birini xilas edə bilər – şagirdini xilas edir. Sənanı xilas etmək üçün isə Rey Kərimoğlugirir güllənin altınaSənanı çıxarır. Və Sənan Reyin qucağında «mən qız görmədimey»- deyib Tanrıya qovuşur.

Mənim «Dolu» romanımdakı Məllim obrazı HacıƏkbər Rüstəmovdu.

1968-ciil idi. Turşsu yaylağında balaca qardaşımla ermənilərlə bir davaya düşdük. Öhdələrindən gəlirdik, amma bu vaxt ataları davaya qarışdı. Təbii ki, gücümüz çatmadı. Bir cavan oğlan özünü yetirdivə ata ermənilərin hərəsinə bircətəpik vurdu, ikisi də qaldı yerdə.Sonra bizim boynumuzu qucaqlayıbadımızı soruşdu. Həmin gündən tanıdıqƏkbər Rüstəmovu. Sonra da gülə-gülə dedi ki, dərs açılanda gələrsiz yanıma, sizə həm güləş öyrədərəm, həm də dalaşmaq.


Evimizlə peşə məktəbinin arası3-4 kilometr olardı. Vəgetdik Əkbər məlliminyanına - çempion olmaq üçün yox,kimisə döymək üçün yox, eləcə idmanüçün.

Universitetdəoxuyanda da nə vaxt rayona gedirdim mütləqməktəbə yollanıb Əkbər məllimlə görüşər, dərdləşərdim. Ədəbiyyatı daçox gözəl bilirdi və bilir. Qəzetdə biryazım çıxanda məndən çox Əkbər müəllimsevinərdi. Və hamıya da deyərdiki, baxın, mənim yetişdirməmdi.

AğdamdaƏkbər müəllimin kiminləsədalaşdığını və döydüyünü görən olmadı.İki səbəbi vardı: cavanlar həmondan çəkinirdilər, həm dəonu çox sevərdilər. Və «Məllim» deyə müraciətedərdilər.

Və bugün də ağdamlılar ona «Hacı Əkbər» deyə müraciəteləmir, «Məllim» deyə müraciətedir.

52ildi Əkbər məllimlə yol gəlirik. Yox, o,mənim dostum deyil, dost bir azkiçik məfhumdu. O, mənim Məllimimdi və Ağsaqqalımdı. Və əli öpüləsi kişidi.

Bugün Əkbər məllimin ad günüdü. Yaşadığı həyatı baxımından,ağrı-acısı baxımından bəlkə 200 yaşı var.

Məllim,sənə nə arzulayım?!

Səni övladların, nəvələrin, şagirdlərintoy-bayramla Ağdamdakı Qarağacı qəbiristanlığında dəfn eləsinlər . Başdaşına ad da yazmaq lazım deyil, elə Məllimyazmaq kifayətdi.

P.S.Vaqif Bayatlı Səttar Bəhlulzadəyə həsr elədiyi şeirdə belə deyir:

Ölmədi,

Ölsəydi

bu dünyanın qara torpaqları

doldurammazdı

onunüz qırışlarını

sukimi çəkilib torpağa getdi!

Budünyanın qara torpaqları Əkbər məllimində üz qırışlarını doldurammaz! İnşallah, bir gün o da Qarağacı qəbiristanlığında su kimi çəkilib torpağa gedəcək, sonra da Kötəl çayınaqoşulub azad olunmuş bütün Ağdama axacaq!


TƏQVİM / ARXİV