adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: POLİS SU PAYLADI

FAİQ QİSMƏTOĞLU
84117 | 2020-06-26 09:05

Bu gün sosial şəbəkədə və bir çox saytlardaancaq polisin qüsurlarını, neqativ hallarını daha çox qabardırlar. Təbii ki,bütün sahələrdə olduğu kimi, polisin də fəaliyyətində nöqsan və çatışmazlıqlarmövcuddur. Bunu hətta Daxili İşlər Nazirliyinin ən yüksək vəzifəli şəxsləri beləinkar etmirlər. İşdə nöqsanlara yol verən hər il neçə-neçə polis daxili işlərorqanlarından azad edilir, bir çoxlarına şiddətli töhmət, töhmət verilir. Ammagəlin onunla razılaşaq ki, əvvəllər də bu gün də ölkəmizdə ən ağır yükhüquq-mühafizə orqanları arasında polisin çiyninə düşüb. Yəni Azərbaycan polisiQarabağ müharibəsində nə qədər şücaət göstərib və nə qədər polis əməkdaşı şəhidolub və nə qədər də güllə yarası alıb. Bütün bunlar reallıqdı və buna inanmayanheç azərbaycanlı deyil.

Bu günün özündədə ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında vəhərəkətin təhlükəsizliyinin təmin edilməsində Azərbaycan polisinin xidmətləri əvəzsizdir.Ölkəmizdə sərt karantin rejimi tətbiq olunandan bu günə qədər demək olar ki,polisin gecəsi-gündüzü yoxdur. Yəni onlar 24 saat bu isti yay günlərində dincəlmədənxidmət aparırlar.

İnanmırsınız,çox yox, Bakı şəhərinə rayonlardan daxil olan 3 yerdə yaradılmış karantinpostlarına bir dəfə baş çəkin. Həm Bakı-Qazax, həm Bakı-Quba, həm dəBakı-Şamaxı yolundakı karantin postlarında yol polisinin, çevik polis alayınınvə eləcə də post-patrul xidməti əməkdaşlarının nələr çəkdiyini bir onların özləribilir, bir Allah və bir də bu səhnəni görən sürücü və sərnişinlər. Zarafatdeyil, bu isti yay günlərində günün altında temperatur müsbət 50 dərəcəyəçatır. Belə bir hava şəraitində xidmət aparmaq olduqca çətindir. Ancaq hava şəraitininisti olmasına baxmayaraq, onlar hər üç Bakıya daxil olan yoldakı postda xidmətivəzifələrini məsuliyyətlə icra edirlər. Həmin yerdə nə ağac var, nə də digərkölgəlik. Hər hansı sürücü bir dəqiqə maşının sükanı arxasından yerə düşüb söhbətedəndə istiliyə dözməyib tez özünü kondinsionerli avtomobilə salır. Görün, ondao günün altında xidmət etməli olan polislər hansı çətin anlar yaşayırlar.


Aydındır ki, beləbir hava şəraitində işləmək üçün polis əməkdaşlarından fiziki dözüm, sağlamlıqvə bir də möhkəm səbr tələb olunur. Bəzən elə olur ki, sürücülər tərəfindən o əməkdaşlar əsəbləşdirilir. Amma xidmətvaxtı da polis əməkdaşları səbrli olaraq hərəkət iştirakçılarıyla mədəni və nəzakətqaydalarına uyğun davranırlar. Sözümün canı heç də o demək deyil ki, biz Azərbaycanpolisini tərifləyirik. Sözümün canı odur ki, biz onların müsbət, nümunəvi işləriniçox vaxt görmək istəmirik və bəzən də kiminsə gözündə tük axtarırıq.

Biri qəzayadüşür, heç bir xidmət sahəsi gəlməmişdən polis birinci özünü ona çatdırır. Onuqəzaya düşmüş avtomobildən çıxararaq sakitləşdirir, ilkin tibbi yardım göstərir,sonra da təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salır. Bir başqasınınmaşını yolda xarab olur, yol polisləri sürücüyə yaxınlaşıb ona kömək göstərir vəməlum olur ki, maşında olan hamilə qadının vəziyyəti kritikdir. Yol polislərixanımı xidməti maşına əyləşdirərək operativ surətdə xəstəxanaya çatdırırlar.Qızın validenləri və qayınatası polisin bu nümunəvi hərəkətini yaddan çıxarmır,övladına polisin adını qoyur. Yaxud başqa bir misal: bacısı rəhmətə getmiş birxanım Bakıda sərt karantin rejimində küçəyə çıxır, xidmət aparan polislərdənkömək istəyir. Onlar da həmin xanımı xidməti avtomobilə mindirərək yas yerinəçatdırır. Birinin sərt karantin rejimində çörəyi qurtarır, 102 xidmətinə zəngedir, polislər də həmin ünvana çörək alıb aparır və ona verir. Polisin bu nəcibhərəkətinə görə də həmin şəxs onlara öz minnətdarlığını və təşəkkürünübildirir.

Bu cürepizodların sayını istənilən qədər artırmaq olar. Çox təəssüf ki, sosial şəbəkələrdəancaq polisin kobudluğu və neqativ hala yol verməsi təbliğ edilir. Bayaqdediyimiz kimi, həmin faktlar da Daxili İşlər Nazirliyi tərəfindən operativolaraq araşdırılır. Və qanun pozuntusuna yol vermiş polis əməkdaşları məsuliyyətəcəlb edilirlər.

Sərt karantinrejimi ilə əlaqədar olaraq Bakının əksər yerlərində polis postları yenidən fəaliyyətəbaşlayıb. Postlarda bütün avtomobillər və avtobuslar saxlanılır, sərnişinlərinicazəli olub-olmaması və maska taxması yoxlanılır. Mənim özüm də işə gələrkənictimai nəqliyyatdan istifadə edirəm. Ən çox 50 nömrəli marşrutla Yeni Günəşlidənmetronun "Xalqlar dostluğu” stansiyasına, ordan isə iş yerimə gəlirəm. İşdən evəqayıdarkən yenə həmin marşrutdan yararlanıram. Polis əməkdaşları avtobusda sərnişinləriyoxlayarkən çox nəzakətlə, mədəni davranır və hər bir insana hörmətlə yanaşır.Onlar qanunu pozan sərnişinləri cəzalandırmaqdan çox maarifləndirməyə üstünlükverirlər. Maska taxmayanlara maska taxmağı, icazəsi olmayanlara isə icazəalmağı tövsiyə edirlər.

İyunun 24-də isəsaat 16:00 radələrində işdən evə qayıdarkən yenidən 50 nömrəli avtobusa mindim.Yeni Günəşlidəki "Araz” marketin yaxınlığındakı polis postunda avtobussaxlanıldı. Bir neçə polis əməkdaşı avtobusa daxil olaraq sərnişinlərin icazəsiolub-olmadığını yoxladılar və hamıya da hörmətlə yanaşdılar. Hava o qədər istiidi ki, adamın ürəyi sıxılırdı. Polis əməkdaşları bunu görüb avtobusdakı sərnişinlərinhamısına soyuq "Sirab” payladılar. Bu anın şahidi olan hər bir sərnişininsevincindən gözləri yaşardı. Avtobusun salonundakılar hamısı polisləri alqışladılar və "Allah siziqorusun!” dedilər.

Bax, bu, Azərbaycanpolisidir. Ən çətin, ən ağır, ən ekstremial şəraitdə öz dövlətinin, öz xalqınınyanındadır. Və öz dövlətinin, öz xalqının yanında olan Azərbaycan polisinihamımız sevməliyik. Ən azından ona görə ki, onlar bayaq dediyimiz kimi, dövlətinən ağır vaxtında çiyinlərini ən ağır yükün altına verirlər... çiyinlərini ənağır yükün altına verən Azərbaycan polisi karantin rejimində bu bu isti yaygünlərində günün altında 24 saat öz vəzifəsini icra edir. Deməli, azərbaycanpolisi həmişə olduğu kimi, bu gün də dövlətə, dövlətçiliyə və xalqımızanamusla, vicdanla, şərəflə xidmət eləyir. Azərbaycan polisi, Allah səniqorusun!!!


TƏQVİM / ARXİV