adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əzbərçi vətənpərvərlik... - Emin Piri yazır

Emin Piri
65679 | 2020-06-19 10:05

Tez-tezrast gəlirik, işğal günlərində müəyyən sorğular keçirilir. Məsələn, Laçının,Ağdamın, Şuşanın və digər rayon-şəhərlərin işğal günləri sakinlərdən soruşulur.Bu sorğuları keçirənlərin hansı niyyətlə yanaşması haqqında mülahizə yürütməyəcəm.Ola bilsin, kimsə maarifçiliklə məşğuldur, xalqa işğalı unutdurmamağa çalışır,ola bilsin kimsə saytı üçün "Şok- sakinlər işğal tarixini bilmədi"deyə İP toplayır və ya kimsə unutqan olduğumuzdan sadəcə həzz alır.

Əlbəttə, yetişkin birinin işğal tarixini bilməməsi heç də başucalığı gətirən amil deyil. Mən özüm də işğal tarixlərini əzbərdən bilirəm.Amma milli vətənpərliyi işğal əzbərçiliyinə sığdırmaq olarmı? Və ya bu işğalınqarşısını ala biləcək vətənpərlikdirmi?

İstənilən halda bizə əzbərçi tarix yox, mahiyyətə varmaq lazımdır. İşğal olundu- niyə, hansı səbəbdən, necə imkan verə bilməzdik, necə azad edə bilərik deyə...

ABŞ-da tələbələr arasında Kennedinin ölümüylə bağlı yazılı sorğu keçirilmişdi.Tələbələrin böyük əksəriyyətinin `1963-cü il 22 noyabr` tarixini qeyd etdiyinidüşünəcəksiniz. Xeyr. Kimisi prezident kortejinin həmin dövrün silahına uyğunolmayaraq yavaş hərəkət etdiyini, kimisi silah maqnatlarının planlarından,kimisi təhlükəsizlik sisteminin harada zəif nöqtələr buraxdığılnı qeyd etmişdi.Mahiyyətə varmaq budur. Əzbərçi tarixlə nəyəsə nail olacağımızı düşünməyimiz,bunu vətənpərvərlik kimi yamsılağımız işğalın davam etməsi deməkdir. Bizəmahiyyətə varmaq, səbəbləri üzə çıxarmaq və qarşısını necə almaq kimimaarifçilik lazımdır.

Zamanla milli oyanış baxımdan müxtəlif mərhələlər keçmişik. Bariz nümunə kimi"Molla Nəsrəddin", "Füyuzat" yolunu göstərmək olar."Füyuzat"ın dili molla nəsrəddinçilərin daha çox üzə çıxmasına səbəboldu. Amma bizim hələ də "Molla Nəsrəddin" yolunda ilişib qalmağımızonu göstərir ki, bu ideal yol deyil. Milli tənqid bizim kimi ölkələrdə millioyanışa səbəb ola bilmir. Bu həm də genetik türk amilindən irəli gələn adətlərdənvə Qafqaz istiqanlığındandır. Molla Nəsrəddinçiliyin xalq üçün gördüyü işlərdəngen-bol bəhs etmək olar, amma mövzu bu deyil.

Elə isə nə etməli? "Füyuzat" ideayası ilə Molla Nəsrəddin dilini birləşdiribyeni formul, yeni maarifçilik istiqamətinə keçmək labüddür."Füyuzat"ın ideyası daha uyğun olsa da dilin xalq dili olmaması,Molla Nəsrəddinin isə milli tənqidi özünü doğrultmaması, amma xalq dilindəolmasından istifadə edib balansı, ortaq yolu yaratmaq lazımdır.

İki övlad düşünün. Milli genetikamızdan gələn formada tərbiyə edək. Digərini həmişətənqid edək, sən bacarmırsan, bacarmazsan deyək. Əmin olun ki, o uşaqların90%-i sonradan uğursuz olur. Amma digər uşağı sövq edərək, sən bu işibacaracaqsan, bunu da öyrən, yerinə yetirə bilərsən. Nəticədə isə belə uşaqlardaha şövqlə hansısa ideya uğrunda böyüyür və nail olur.

Davamlı, ardıcıl milli tənqid milli oyanış ruhunu paslandırır.

Ona görə də "Molla Nəsrəddin"in xalq diliylə, "Füyuzat"ınideyasını birləşdirməliyik.

Bizi isə Qarabağda təkcə vətən deyil, əsir düşən məzarlar, ruhlar deyil, itkindüşən əllərimiz, ayaqlarımız da gözləyir... İllər öncə bir qazinin müsahibəsinioxumuşdum. Mina partlayışından sonra qopmuş ayağını əlləriylə bərk sinəsinəsıxıb. Daha sonra ondan o ayağı qopara bilməyiblər. Yalnız huşunu tam itirdikdənsonra ayağını ondan alıblar. Elə onun dediklərinə istinadən aşağıdakı parçanıona həsr etmişəm:

danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.


TƏQVİM / ARXİV