adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: O DAŞI POLİSƏ YOX, DÖVLƏTƏ ATIRSAN

AQİL ABBAS
57169 | 2020-06-09 17:54

Ölkədə pandemiya ilə əlaqədar yumşalma qərarı çıxandan sonra məsuliyyət hissiniitirdik və bir vətəndaş kimi üzərimizə düşən öhdəliklərəəməl etmədik. Nəticədə həm virusatutulanların sayı artdı, həm dəölüm halları. Hökumət sərt qərarqəbul etməyə məcbur oldu – şənbə və bazar günlərikarantin rejimini sərtləşdirdi.Nəinki evdən çıxmağı, hətta minik maşınlarından istifadə etməyi də yasaqladı.

Biz buna əməl etdikmi?Təbii ki, millətin 98 faizi məsuliyyətini dərk elədi, amma bir çoxları qanunları çeynədi.

Nazirlər Kabinetinin qəbul etdiyi qərarların icrasını bütün dünyada olduğu kimi, ölkədə də Daxili İşlər Nazirliyi həyatakeçirir. Ən böyük ağırlıq polisinüzərinə düşür. Baxıram sosial şəbəkələrdə və saytlardapolisin əleyhinə böyük bir təbliğat aparılır. O əlcəkləri geyib, o maskailə bir saat gününaltında qala bilərsizmi? Bir təcrübədən keçirin. Qala bilməzsiz!Amma polis sizin əmin-amanlığınızı qorumaq, hökumətin qərarlarınıicra etmək üçün bəzən 10-12 saatbax beləcə, günün altında vəzifə borcunu yerinə yetirir. Siz onu daşlayırsız, başına zibil atırsız, sosial şəbəkələrdə söyürsüz.O polissizin qardaşınızdı – o daşı qardaşınıza atırsız. O polis sizin oğlunuzdu – o daşıoğlunuza atırsız! Əminizdi,dayınızdı, atanızdı – o daşı, o zibili əminizə, dayınıza, atanıza atırsız! Və ümumiyyətlə, sonda, o daşı özünüz də bilmədəndövlətə atırsız. Birisi polisiyumruqla vurub, sonra qaçır. Polislər də onu saxlamaq istəyəndə müqavimətgöstərir və polislər də həmin kəslə sərtdavranmaq məcburiyyətində qalır. Ona nədeməlidi? Deməlidi ayağının altındaölüm, məni vurma, mənə müqavimət göstərmə? Əslində əvvəlcə onu deyir, amma həmin kəstabe olmaq fikrində deyil.

Heç uzağagetməyin, dünyanın ən demokratikölkəsi sayılan ABŞ-a baxın, yaxud Avropaölkələrinə baxın. Etiraz edənlərin üzərinə hətta maşın sürülür, atların ayaqlarıaltına salınır. Hələ qazı vərezin güllələri demirəm.

Şükürlər olsun ki, Azərbaycanda belə hallara rast gəlinmir. İnşallah, gəlmərik də.

Baxıram, ən qəribəsi odurki, polisin tərəfini saxlayan və onun haqqında xoş söz deyənləri də hardansa idarəolunan trollar «daşa» tutur, təhqir edirvə sair və ilaxır.

Göyə daş atma, bala,

Göy üzü daş saxlamaz.

Və qayıdar öz başına düşər.

P.S. Həmin şənbə-bazar günləri polis neçə nəfəri xəstəxanayaçatdırdı. Hətta polis maşınında hamiləqadın dünyaya uşaq gətirdi.Kiminsə evində çörək olmayıbsa, polisona çörək çatdırdı. Kimisəbacısının dəfninə çatdırdı. Əslində həmin günlər polis az qalaTəcili Yardım kimi çalışırdı.

Amma deyəsən, TəciliYardım öz vəzifəsinin öhdəsindənlazımi səviyyədə gələ bilmədi ki, polisonun işini görəsioldu.

Amma polis də qanundan kənara çıxmamalıdır. Yəni polisin etdiyi hər hansı bir artıq hərəkət təbii ki, xalq tərəfindən xoş qarşılanmır.


TƏQVİM / ARXİV