adalet.az header logo
  • Bakı 13°C

Nərimanov məsələsi - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
161362 | 2020-06-06 10:08

Tələbəykən günlərinxoş bir günündə eşitdiyimiz qeyri-adi xəbərdən əvvəlcə şoka düşdük, şok keçdikcə,onun yerini qürur hissi əvəzlədikcəbir-birimizə heç nə demədən, bir kəlmə də dinib-danışmadan hamımızixtiyarsız olaraq fakültənin qabağından Sovetskiyə tərəf addımlamağa başladıq.Üz tutduğumuz ünvana çata-çatda rəhmətlik Tehranın "birdən yalan olar”replikasından əməlli-başlı şaşırdıq, sonra sanki hamının dili birdən açıldı vəbir ağızdan yazığı yaş yuyub quru sərdik. Çünki "deyirlər ki...” adlı anonim,mücərrəd mənbəyə istinadla söylənilən muştuluq-xəbərin bu gün dəbdə olan deyimlə desək, "feyk”olacağı əndişəsi onsuz da, içimizi yeyib dağıdırdı.

Xəbər düz çıxdı.Heykəlin yanına çatanda postamentin üstündəki iki "a” hərifinin qoparılğını özgözlərimizlə gördüyümüz an şok təzədən qayıtdı, bir müddət lal-dinməzbir-birimizin üzünə baxa-baxa qaldıq, sonra geri dönüb Sovetskinin məşhur pilləkənləriniaz qala beş-beş tullana-tullana şəhərə tərəf götürüldük. Bu bir bayramyürüşüydü, bu bir ləyaqət marşıydı, acizliyin gücə, ümidsizliyin ümüdə çevrilməsindəndoğan məsumiyyət anıydı.

Sonradan heç nəolmayıbmış kimi həmin "a” hərifləri səssiz-səmirsiz ora yapışdırıldı və birmüddət keçmiş eləcə səssiz-səmirsiz də təkrar ordan qopardıldı. Üçüncü dəfə dəsəs-sorağa salmadılar, sakitcə "a”ları "ə”lərlə əvəz elədilər və "NarimanNarimanov” dönüb "Nəriman Nərimanov” oldu. Bundan sonra həmin naməlum qəhrəman(lar)sakitləşdi(lər), necə deyərlər, bir neçə ay davam edən dinc mübarizə, lal-karetiraz aksiyası qələbəylə başa çatdı.

Həmin illərdə milli düşüncə sahibi olub əlçatmazmüstəqillik xülyasıyla yaşayan, yalnız etibarlı məclislərdə bu barədə bərkdəndanışmağa özündə güc tapan hər bir azərbaycanlı gəncin Bakının real mənzərəsindənnə qədər qıcıqlandığını, sarsıntı keçirdiyini indi təsəvvür eləmək çox çətindir.Azərbaycanlıların adına qoyulan küçə, meydan və s. obyektlər, şərəfinəucaldılan heykəllər o qədər az idi ki, onların kimliyi, xalqın, ölkənintaleyində və tarixində hansı rol oynadğı əsla vecimizə deyildi, bizi yalnızonların ad və soyadları maraqlandırırdı – təki özümüzünkü olsun, vəssalam. Bu şəhərdəöz dilində danışan yerli sakinlər az qala "ikinci sort” insanlara çevrilmişdilər,bu gün Avropadakı soydaşlarımız kimi ayrıca icma halında yaşayırdılar, onlarınöz doğma şəhərlərinə inteqrasiyası üçün ən azı iki-üç nəsil dəyişikliyi lazımolurdu.

NərimanovunKirovun heykəlindən böyük olmaması xətrinə son anda 3 metr kəsilən 32 metrlikheykəli həmin illərdə az qala milli qürur hissinin simvoluna çevrilmişdi. Özü dətəkcə böyüklüyünə və əzəmətinə, azərbaycanlı heykəllərinin qıtlığından doğangörməmişlik hissinə görə yox, həm də onun özünün belə möhtəşəm bir heykələlayiq şəxsiyyət olduğuna görə.

Yazıçıydı, ilkAzərbaycan romanının müəllifi olub, maarifçiydi, ilk qiraətxana açıb və buraBakıda, eləcə də qonşu ölkələrdə türk, fars, rus dilində çap olunan minlərlə qəzet,məcmuə, kitab alaraq camaatın savadlanmasına, dünyanın işlərindən agah olmasınaimkan yaradıb. Bu qiraətxananın fəaliyyəti bölgədə türk, rus, hətta erməni dillərindəçıxan qəzetlərdə daim işıqlandırılıb, hər il neçə nəfər oxucunun həmin qiraətxanadanistifadəsinin statistikası verilib. Qiraətxananın gənclərin mənəviyyatınıpozduğu barədə şəxsən şeyxülislamın özünün (oxu zalı da mənəviyyat pozurmuş – qədərinəşükür, ilahi!) etirazlarına baxmayaraq, nə əcəbsə, müsəlmanların sayı həmişəhamıdan çox olurmuş.


Pyeslər yazıb, tərcümə edib, onları tamaşayaqoyub, aktyorluq edib. Həkimlik edib, kimsəsizləri, imkansızları, neft mədənlərindəişləyən ac-yalavac fəhlələri pulsuz müalicə edib. Ailəcanlı olub, cavankənüstündə qalan böyük bir ailənin yükünü ömrü boyu çiyinlərində daşıyıb, ölümünəbir neçə ay qalmış qardaşının kiçik qızını da ərə verdiyinə görə keçirdiyiarxayınlıq və sevinc hisslərini fəxrlə oğlu Nəcəflə bölüşüb. Özgə puluylaaldığı təhsil başına qaxınc olub, amma sınmayıb, həmin puldan imtina edərək təhsilinidavam etdirib.

Bu gün onun adınındilə-dişə düşməsinin başlıca səbəbi, heç şübhəsiz, siyasi baxışlarıylabağlıdır. Komminizm şüarları yarandığı gündən çox cazibədar olub və sıraviadamlardan tutmuş böyük intellektuallara kimi çox adamı öz sehrinə salıb. Məsələninbu tərəfini bir kənara qoyaraq, Nərimanovun yüksək dövlət vəzifələrindəki fəaliyyətinə,xüsusilə onun hazırda dedi-qodulara səbəb olan məsələlərdə tutduğu mövqeyə ötərinəzər salsaq görərik ki, adam heç də bir çoxları kimi saxta beynəlmiləlçidonuna bürünüb öz xalqına qənim kəsilməyib, əksinə, Azərbaycanın və Azərbaycanxalqının mənafelərini axıradək, gücü çatana qədər müdafiə edib. Amma o tək idi.

O dövrdə də, indi də bizim bir toplum kimi ənböyük problemimiz ixtisaslı mütəxəssislərinvə kadrların yox dərəcəsində azlığıdır. Ötən əsrin əvvəllərindəki həmin mürəkkəbvə qarmaqarışıq dövrdə, müxtəlif siyasi cərəyanların, təşkilatların arasındaölüm-dirim savaşı getdiyi bir vaxtda bizim o təşkilatlarda nə qədər nümayəndəmizvar idi? Bakı Komissarlarının, eserlərin, kadetlərin, sosial-demokratların, lapelə monarxistlərin və nə bilim daha kimlərin arasında qonşularımız nə qədəridi, biz nə qədər? Sıxışdırılırdıq? İnanılası deyil, çünki şərqdə nüfuzqazanmaq üçün öz sıralarına daha çox yerli fəalları cəlb eləmək həminqurumların maraqları daxilindəydi.

Nərimanov bu boyda vəzifələrin başında dura-durasadəcə, tək qalmışdı. Böyür-başdakı bir neçə milli kommunistlər də əcnəbilərdəndaha çox antiazərbaycan mövqeyində dayanan milli cüvəllağılar idilər. MərkəziKomitənin Qafqaz bürosunun Dağlıq Qarabağı Ermənistana vermək qərarı səsvermə nəticəsindəqəbul olunduğu an Stalinin, Orconikidzenin üstünə qışqıraraq demişdi ki, mənQarabağın bir gün də olsa Ermənistanın tərkibinə keçməsinə imkan verməyəcəm.Demişdi, eləmişdi də. "Əgər müsəlman kommunistlərin əksəriyyəti milli təmayül əhvali-ruhiyyəsindəolsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi”- bunu isə Zəngəzuruuduzduqdan sonra yana-yana yazmışdı. Bir vaxtlar iddia edildiyi kimi guya ErmənistandaSovet hakimiyyətinin qurulması şərəfinə Zəngəzuru onlara hədiyyə verməsi barədədeyilənlər də sonradan təsdiqini tapmadı. Məlum oldu ki, bu sadəcə, Bakıdaçıxan bir erməni qəzetinin yazdığı və sonra Ermənistandakı çoxsaylı qəzetlərintirajladığı ağ yalandan başqa bir şey deyil, həmişə məğlub olduğumuzinformasiya müharibəsinin nəticəsidir.

Ərazi müzakirələri vaxtı Leninə yazdığı məktublarda açıq şəkildə hədə-qorxudiliylə danışır, Rusiya ilə ittifaq müqaviləsini pozacağını söyləməkdən belə çəkinmirdi.Hələ bir Dağlıq Qarabağdakı vəziyyətlə bağlı göndərdiyi teleqramdakı aşağıdakısıtirlərə fikir verin: "Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyəqayıtmağını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin siyasətinəxainlik kimi qiymətləndirir”. İndi özünüz deyin, Sovet dövrünün istər Azərbaycanda,istərsə də digər respublikalarda olann hansı rəsmi şəxsi Kremllə bu cürritorikayla teleqramlaşmağa özündə güc tapardı?!

Nərimanovun Moskvayla ziddiyyətləri təkcə ərazi məsələsiləbağlı deyildi. O, Azneftin büsbütün əcnəbilərin əlində olmasına, Serebrovskininorda at oynatmasına, Bakı neftindən Azərbaycana heç nə çatmamasına, ermənilərinqarışqa kimi partiya-hökumət strukturlarına daraşmasına qarşı da sərt dirənişgöstərir, açıq mətnlə Kremlə etiraz məktubları yazmaqdan çəkinmirdi. Axırda məcburqalıb vəzifədə irəli çəkmək adıyla, əslindəsə Azərbaycandan uzaqlaşdırmaq üçünonu Moskvaya apardılar. Adamın müqavimətiniqırmağı bacarmayanda, güzəştlərə məcbur edə bilməyəndə onu proseslərdən təcrideləmək ən sərfəli yoldur. Özü də yazırdı ki, "məni bura ondan ötrü gətirdilərki, Sarkislər, Mirzəyanlar orda bildiklərini eləsinlər”.

Sovetin siyasi kuluarlarında ondan "millətçi Nəriman”deyə bəhs edirdilər. Partiyanın XII qurultayına nümayəndə seçilməməsinin də, müəmmalıölümünün də, ölümündən 55 il sonra belə 100 illik yubileyinin keçirilməsinə əngəltörədilməsinin və onun iki il yubanma ilə güc-bəla qeyd edilməsinin də, yubileymarafonunda "həddini aşdığına görə” repressiya təhlükəsiylə üzləşən və hər şeyətüpürüb təxminən "kəndçi balasıyam, bərk ayaqda gedib kəndçiliyimi eləyərəm”deməyə özündə güc tapan, bu anlaşılmaz təqiblər ucbatından 30 illik sağalmaz xəstəliyəvə məhrumiyyətlərə düçar edilən böyük bir Azərbaycan şairinin sınmayan qüdrətininkökündə də məhz bu "millətçi” ayamasıdayanırdı.

İnsafən, həminmüəmmalı ölümdən sonra ona təmtəraqlı dəfn mərasimi keçirildi, Moskva başdaolmaqla beş-altı şəhərdə, hətta Yerevanda da açılan yaylım atəşlərinin sədalarıaltında Kremlin divarları qarşısında qəbrə qoyuldu. Ancaq Bakıdakı fəxriqarovullar önündə dayananlar qarışıq çoxları üçün bu yaylım atəşləri, sadəcə,atəşfəşanlıq mərasimindən başqa bir şey deyildi.

Böyük siyasətin subyektləri arasındakı münasibətlərdə bəzən ucuz sevgi romanlarının aşiq-məşuqlarına bənzəyir. Təxminən belə: "Səniöldürüb, üstündə hönkür-hönkür ağlayardım”.

Nərimanovun Türkiyə ilə münüsibətləri hətta bugünkü konyuktur şərtlər daxilində də adamda qibtə doğurur. İndi-indi məlum olurki, vaxtilə Leninlə Atatürk arasında müttəfiqlik münasibətlərinin yaranmasındahər iki ölkənin İngiltərəyə qarşı ortaqmaraqlarıyla yanaşı Nərimanovun şəxsi təşəbbüslərinin də misilsiz rolu olmuşdu.Onun bu mövzuda Leninə yazdığı məktubun aşağıdakı cümləsi xahiş və tələb yox, əslultimatumdur: "Erməni məsələsi türklər üçün ölüm-dirim məsələsidir. Bu məsələdəTürkiyənin yanında yer almasanız, bütün Şərq xalqlarını itirə bilərik, Azərbaycanıitirə bilərik”. Ola bilsin ki, bu "ultimatum” kəlməsini çoxlarına şişirdilmişgörünə bilər. Bə,s onun rəhbərlik etdiyi xalq komissarları sovetinin rəsmi blankındaöz xəttiylə yazdığı aşağıdakı pantürkist şeirə nə sözünüz:

Hilal artıq öldü deyə,

Sevinmişdi düşmən yenə

Hilal birkən iki oldu,

Salam bizdən ikinciyə,


Azərbaycan, Azərbaycan

Alqışlarıq səni candan.

Atamız bir, babamız bir,

Azərbaycan öz qardaşdır.


Zatən biriz, fəqət yarın,

Bütün, bütün birləşəriz

Azərbaycan, Azərbaycan

Bildin, xəyal deyil Turan!


İndi Nərimanovun yüz cür məşəqqəthesabına Bakıda ucaldılmış, altından maşınların hərəkət edəcəyini özündə ehtivaedən ilkin layihədəki memarlıq kompleksindənməcburi imtinayla başa gəlmiş, heykəli postamentdən yenə də məcburiyyətucbatından böyük olduğuna görə görkəmini itirmiş, üstəlik, son illər ətrafındatikilən çoxmərtəbəli binaların əhatəsindənəfəsi təngişən heykəli çoxlarının yuxusuna haram qatıb, sanki bu heykəl Bakıyadarısqallıq edirmiş. Tarix keçmişin mənəvi irsinəboşeviklər qədər qənim kəsilən ikinci bir siyasi qüvvə tanımır. Ancaq onlar daçar dövrünün heykəllərinə və dini məbədlər istisna olmaqla digər maddi-mədəniyyətnümunələrinə toxunmadılar. Bakının Nərimanovun heykəlinin sökülməsinə ehtiyacıyoxdur, Bakı hər bir azərbaycanlıdan ən azı bir qarış böyük olan, yoxdan bir Azərbaycanyaratmış ölməz bir şəxsiyyətin – Məhəmməd Əmin Rəsulzadənin ondan da əzəmətlibir haykəlinin təşnəsindədir.



TƏQVİM / ARXİV