adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyun 2020 15:33
42833
İQTİSADİYYAT
A- A+

Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil - Samir Şərifov

Azərbaycanda bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ötən il bir sıra dövlət müəssisələrində göstərilən xidmətlərin müəyyən mənada subsidiyalaşdırılması həyata keçirilib: "Bu, ilk növbədə "Bakı Metropoliteni" QSC-dir. Burada bildiyiniz kimi, gedişhaqqı real istismar xərclərini ödəmədikdə dövlət tərəfindən dotasiya verilir”.

Nazir qeyd edib ki, "Azəristiliktəchizat” ASC-də də həmin cəmiyyət üçün müəyyən edilən tariflər onun real istismar xərclərini ödəmədikdə faktiki olaraq dövlət tərəfindən bu şirkət subsidiyalaşdırılır: "Ötən il də müəyyən maliyyə yardımı göstərilib. Cari ildə də "Azəristiliktəchizat” ASC-nin maliyyə vəziyyəti ürəkaçan deyil. Bunu da etiraf etmək lazımdır”.