adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Pasport fərqi - Emin Piri yazır

Emin Piri
71526 | 2020-06-02 09:34

Aydabir kərə sosial şəbəkələrdə, saytlarda ədəbi mühitin varlığını müşahidə vəanaliz günü kimi keçirirəm. Sosialşəbəkələri götürək. Bir çox hallarda bizim yazarlara hansısa əcnəbi pasportudaşıyan şərh yazan kimi "abi"lər, "hocam"lar sözlərisarmaş-dolaş olur. Onların bir şərhi belə cavabsız buraxılmır. Zarafatlarınısosial şəbəkə dili ilə qeyd etsək, smayliklər bulaq gözündən axan suyaçevrilir. Amma o əcnəbi pasportludan dəfələrlə üstün olduğuna inandığım azərbaycanlışərh yazsa, xüsusən də hər hansı statusu yoxdursa, onu görməyəcək. Həttazarafatlarından ciddilik tələb edəcək. Niyə? Səbəb odur ki, azərbaycanlıyazıçıdır? Əgər istedadına görə onlardan aşağı səviyyədə olan birisi olsaydıanlardım.

Və yaxud götürək bəzi səfərləri. Öz ölkəsindəciddiyə alınmayan ikinci, üçüncü və daha aşağı səviyyəli yazıçıları öz üzərimizdənyuxarıda əyləşdiririk. Onlara hörməti, yanaşmanı özümüzdən fərqli etmək. Xeyr,bu, qonaqpərvərlik də deyil.

Bilirsiniz, bu nədir? Əzikliksindorumudur, bizlərdən olmayan bizdən daha üstündü psixologiyasıdır."Pasport" fərqinin acımasız etirafıdır.

Əzizlər, sonra deyirsiniz niyə bizi sayasalmırlar. Siz özünüzü saya saldınız da, başqası saymadı?

Ədəbi mühitimizdə tez-tez bir-birimizə olanögeylikdən, qısqanclıqdan, paxıllıqdan danışırıq. Bunu həm istedadlı şəxslər, həmdə özünü istedadlı sanan şəxslər dilinə gətirir. Aşağı-yuxarı 90% belə düşünür.Ədəbi gənclikdə isə az qala bunu hamıya şamil etmək olar.

İstedadlıyam, məni görmürlər.

Kitabım çıxdı, haqqında kimsə yazmadı vəya az yazdılar.

Ciddi mətn yazdım, paxıllıqla yanaşdılar,görməzdən gəldilər.

Mən yaxşı yazıram, amma qısqanclıqlayanaşıb, sanki məni tanımırlar görüntüsü yaradırlar.

Adi statuslarıma, ciddi olmayanaçıqlamalarıma münasibət bildirənlər şeirimi görəndə yoxa çıxır.

.s...

Hər birimizin şikayətləndiyi, amma bueqoistləri özümüzdən başqa yerdə axtardığımız sonuna kimi tapmadığımız insanlarbəs harda mövcuddur, harda yaşayır?! Bəlkə elə öz içimizdə, ruhumuzda yaşayır oinsanlar...

Bu ögeylər, eqoistlər kimdir axı? Hər şeyibaşqalarında axtarmaq, gözləmək doğrudumu? Olmaz ki, içimizdəki eqoist qalasınıdağıdaq? Bəlkə başqaları da bizdən kiçik bir jest gözləyir... Sadəcə, barmaqboyda kiçik bir jest...

Öz içimizdəki eqoizmi dağıdaq. Bu qədər eqoruhumuzu yeyib, olan-qalan istedadımızı da məhv edəcək.

Bilirəm, yenə günahkar ovuna çıxacaqsınız.Başqalarında görəcəyik, axtaracağıq. Kimsə özündə səhv tapmayacaq. Elə isədeyirəm, bu mühitin ən eqoist adamı mənəm. Bütün günahlar məndədir. Bəli, obaşqası tapıldı. Rahat ola bilərsiniz. Ruhunuzu sevgiyə təslim edin vəbir-birinizə qucaq açın!


TƏQVİM / ARXİV