adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

PAZI PAZLA ÇIXARDARLAR - İlqar Rəsul yazır

İLQAR RƏSUL
71546 | 2020-05-29 10:16

Gör nə qədər gerizəkalı olmalısan ki, düşünəsən, Qərb Ramil Səfərova görə bizə münasibətini dəyişib. Əvvəl münasibəti necə idi ki?

MİSAL:

Deməli, Monte Melkonyan adlı bir erməni terrorçusu var idi. Bu "adam" Suriya sərhədlərində PKK ilə birgə Türkiyəyə qarşı vuruşmaqla rahat olmayıb, Parisdə türklərə qarşı terror eləmişdi, Fransa polisi tutub, iş kəsib, Livana deport eləmişdi. Adamı orda həbsdən azad eləmişdilər, yenə Parısə gəlmişdi, hava limanındatürklərə qarşı terror eləmişdi, xeyli ölən və yaralanan olmuşdu. Fransa polisi tutmuşdu, terror əməli sübut olunmuşdu, 6 il iş almışdı, 4 ili-bitər-bitməz yenə öz ölkəsinə deport edilmişdi, deyən də olmamışdı ki, bəlkə göndərməyək, axı bu gedir, orada azad edilir, yenə geri qayıdır, türklərə qarşı terror edir. Ona görə deyən olmamışdı ki, məqsəd elə onu azad etdirmək idi.


Nə isə.. İkinci deportdan sonra da bu adam dərhal azad edilir, üçüncü dəfə Parisə qayıdır, ordan Yerevana, oradan da Qarabağa gəlir. Azərbaycanlılara qarşı nələr etdiyini anlamaq çətin deyil. Özü də batalyon komandiri olub. Nəhayət ki, bu Livandan, Suriyadan, Fransadan "şərəflə" keçmiş adamı Ağdamda (adi güllə ilə də yox a, BMP gülləsi ilə) vurub cəhənnəmlik edir, qutuda Yerevana dport edirlər. Ta ondan sonra yenə qayıda bilmir, Qarabağda əsir, girov başı kəsməyə, qız-gəlin zorlamağa (Hazırda məzari Yerevandadı, üzərində heykəli, sinəsində Ermənistanın milli qəhrəmanı nişanı). Bax Qərb bu adamı sevə-sevə hər dəfəcində azad etməsəydi, o qədər günahsız insan da ölməzdi...
Yəni, dediyim odur ki, biz istəsək də, istəməsək də, bax budu həmən o Qərb dediyinlə danışıq dili. Başqa variant qoymayıblar bizə. Çünki baltanı bizim əlimizə verən də onlardı, bizi mühakimə edən də. Sadəcə, biz onların düşündüyü qədər qanmaz və əfəl deyilik...


TƏQVİM / ARXİV