adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 May 2020 14:17
17680
SİYASƏT
A- A+

Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib - FOTO

20 saylı Nərimanov seçki dairəsindən deputat, Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev 23.05.2020-ci il tarixdə videokonfrans vasitəsiylə seçicilərinin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, videoqəbul zamanı seçicilərin qaldırdığı müxtəlif məsələlər müzakirə edilib, onları narahat edən bir sıra problemlər yerindəcə həll edilib, habelə secicilərin məişət şəraitinin yaxşılaşdırılması, kommunal problemlərin aradan qaldırılması və digər müraciətlər araşdırılması üçün aidiyyəti orqanlara göndərilib.



Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında və düzgün atılmış addımlar nəticəsində bütün dünyada geniş yayılmış koronavirus pandemiyasının, ölkəmizdəki fəsadlarının minimuma endirilməsini, əvvəllər tibbi maska qıtlığına və tibbi ləvazimatlara olan ehtiyacların tam aradan qaldırılmasını, qəbul edilmiş sosial paketlərin nəticəsində güzəranlarının daha da yaxşılaşmasını, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsüylə başlanmış sosial yardım paketlərini yüksək qiymətləndiriblər.

Adil Əliyev müəqəddəs Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə seçiciləri təbrik edib, onların daim dövlətin diqqət və qayğısında olmasını bildirib, habelə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməyə, bayram müddətində zərurət olmadığı halda evdən çıxmamağı tövsüyə edib.

Nicat Novruzoğlu