adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Vətən hardan başlayır? - Eminquey yazır

EMİNQUEY AKİF
108123 | 2020-05-23 09:30

Bizə məktəb illərində inşa yazdırardılar. "Vətən hardan başlayır?".Həmişə o inşadan aşağı qiymət alırdım. İnsan bir şeyin qədrini əlində olandayox, itirəndə bilir axı. Şəhərdə doğulmuş, böyümüş uşaq idim. Torpağındandidərgin düşən uşaqlar bilərdilər əsl Vətənin nə olduğunu.

Vaxt yetişdi, vədə çatdı, tarix fənnindən, (o vaxtkıadı "Ata yurdu” idi) dərslərimizbaşladı. Ucaboy, yekə bığlı, şabalıdı saçları, sərt baxışları olan bir müəllimsinfə girdi. Adı Vətən idi. Bilmirəm, indi sağdı, ya yox, bu yazını oxuyacaq,ya yox, oxusa, başa düşəcək, ya yox, yazmaq istəyirəm.

İbtidai sinfi bitirənə kimi şəklim şərəf lövhəsindəolub. 5-ci sinifdən axsamağa başladım qiymətlərimdə. Axsamaq dediyim,əlaçılıqdan zərbəçiliyə düşməkdi. Elə ilk axsadığım da "Ata yurdu” fənniolmuşdu. Çox nadir hallarda kişi müəllimlərindən xoş rəftar görərdik. Məsələn,əmək dərsimizdən danışsam, bəlkə də inanmazsınız. otağımız soyuq olurdu. Qızlaristi otaqda yemək bişirib tikiş tikirdisə, biz soyuq, dəzgahlarla dolu otaqda,əynimiz qalın dərsi başa vururduq. Əgər buna dərs demək olardısa.

Dəzgahların texnikasını qaydalarla öyrədirdilər bizə,amma əyani olaraq heç bir dəzgahın üstündə izah verilmirdi. Harda iricüssəlimüəllim vardısa, seçib əmək dərsinə göndərmişdilər. Dərsi bilməyəndə 2 yazmaqbir yana, şillə də yemişik lövhənin önündə. Bir dəfə müəllim dəzgahın dəmirdəstəyi ilə bir uşağı necə döymüşdüsə, qulağından qan gəlmişdi. Direktoru,zavuçu çağırandan sonra ara sakitləşmişdi. Səbəb isə arxada oturan uşaqlarınşuluqluğu idi. Kimin əynindəki gödəkçə qalın idisə, xoşbəxt idi ki, şillənin,yumruğun təsirini az hiss edəcək.

İki müəllimimiz vardı. Birinin adı yadıma düşür.Qələndər idi. Uzunsifət bir kişi idi. Biz deyəndə ki, sizin uşaqlarıalçaltmağınızı, döyməyinizi evdə deyəcəyik, cavabları bu olurdu: Deyin,atanızdan qorxuruq? Gələcəklər, onları da sizə qatıb döyəcəyik. Atanız dabelə-belə olsun! Hansı uşaq atasının söyülməsinə dözər? Cavablarını verirdik,sonrası da məlum. Şillə, şapalaq. Bilmirəm, bu adamlar niyə belə qəzəbli, niyəbelə əzazil idilər?! Nəyin hirsini çıxırdılar bizdən? Səbəb təkcə nadinclik olabilməzdi.

Vətən müəllim onlara baxanda insaflı idi. O, ancaqiri, canlı-cəsədli uşaqları yığardı lövhənin önünə. Az-az döyərdi, amma sazdöyərdi. Bizim günahımız isə yalnız uşaq nadincliyi idi. Uzağı birqulaqburmalıq, bir tək ayaq üstündə dayanmalıq. Mənim bəxtim bir şeydən irəliidi. Gözlərimin zəif olması, eynək taxmağım. Və atamın direktora möhkəm-möhkəmtapşırmağı ki, uşağıma müəllimlərin çırtması dəysə, vay halınıza. Onun gözüzədəlidi. Məni ən pis halda dərsdən qovardılar.

Amma Vətən müəllimin şillələrini görürdüm axı. Jurnalıüzlərin çırpmağını. Heç bir şagirdin ürəyində onu döyən müəllimlərə qarşı sevgiolmur. Hətta bir müddət keçir, öyrəşirsən, sırtılırsan, o döyür, sən nadinclikedirsən, o döyür, sən səs salırsan. Acığa, prinsipə. Bizim kişi müəllimləriniyə belə əzazil idilər? Bilmirəm, müharibədəki məğlubiyyətin travması idimi,yoxsa ailələlərindəki problemlərin zədəsi idimi, hər nə idisə, yaxşı deyildi.Demirəm, sakit vaxtları olmurdu. Olurdu. Amma coşanda pis coşurdular.

"Ata yurdu” tarix fənninin təməli idi. Təəssüf ki, təməlimizyaxşı qoyulmadı. Vətən müəllim bizə bu dərsi sevdirə bilmədi. Cəmi bir sinif.Ondan sonra başqa qadın müəllim gəldi və bizim tarixə fənninə olan travmamızısağaltdı. Hətta mən onun sayəsində 7-ci sinfin əvvəlində məktəbdən çıxıb liseyəimtahan verdim, qəbul olundum.

Vətən hardan başlayır? Mənim üçün Vətən elə o həmin Vətənmüəllimdən başlayır. Mənim üçün Vətən əmək müəllimlərindən başlayır. Qorxduğum,çəkindiyim, incidiyim, mənə əsir kimi, düşmən kimi davranan müəllimlərdənbaşlayır.

Sizə Gülnaz müəllimənin əhvalatınıdanışım, ingilis dilindən tərcümə edib, adları bizim dilə uyğunlaşdırmışam ki,rahat oxuyasınız. Oxusanız, daha yaxşı anlayarsınız nə dediyimi.

Gülnazmüəllimə V sinif şagirdlərinin qarşısında durdu və elə birinci gündən ilkyalanını söylədi. Onlara baxdı və hamısını eyni dərəcədə sevdiyini dedi. Bu,mümkün deyildi, çünki birinci partada şagirdlərdən biri hamı kimi oturmaq əvəzinəpartaya yayxanmışdı. Bildiyiniz arzuolunmayan şagird.

AdıYusif idi. Keçən il Gülnaz müəllimə Yusifə göz qoymuşdu. Onun uşaqlarlaoynamadığını, paltarlarının kirli, özünün də çimmədiyini, çox pinti haldaolduğunu görmüşdü. Əslində bəlkə də Yusif xoşbəxt deyildi…

Gülnazaişlədiyi məktəbdə şagirdlər haqqında yazılmış xasiyətnamələri, qeydləriaraşdırmaq tapşırılmışdı, Yusif haqqında yazılanları isə ən axıra saxlamışdı.Onun haqqında yazılanları oxuyanda çaş-baş qaldı. Çünki I sinif müəllimi beləyazmışdı:

"Yusif çox ağıllı və hər an gülməyəhazır bir uşaqdır. Ev tapşırıqlarını vaxtında edir və çox yaxşı xasiyyəti var”.

SonraII sinif müəlliminin yazdığını oxudu:

"Mükəmməlşagirddir. Dostları da onu çox sevir. Amma evdə anasının amansız xəstəliyi onupərişan edir və güman edirəm ki, evdəki həyatı çox çətin keçir”.

SonraIII sinif müəlliminin yazdığını oxudu:

"Anasınınölümü onun üçün çox ağır oldu. Atası ona kifayət qədər qayğı göstərmir və əgərvəziyyəti düzəltmək üçün nəsə edilməsə, bu çətin həyat tərzi ona pis təsir edəcək”.

IVsinif müəllimi yazırdı:

"Yusifözünə qapanır, nə məktəbə maraq göstərir, nə də bir dostu var. Bəzən də dərsdəyatır”.

Yazılanbütün qeydləri oxuyandan sonra Gülnaz problemin kökünü tapmışdı və çoxutanırdı. Şagirdləri ona qəşəng, rəngli, səliqəli kağızlara bükülmüş, bəzədilmişpaketlərdə Yeni il hədiyyələri gətirəndə özünü daha da pis hiss elədi. ÇünkiYusifin hədiyyəsi kobud qəhvəyi rəngli bir kağıza səliqəsiz bükülmüşdü. Bunu obiri şagirdlərin gözləri önündə açmaq onu çox incitdi.

Bəzişagirdlər paketdən çıxan saxta daşlarla bəzədilmiş, bir neçə daşı düşmüş bilərziyivə üçdə biri dolu olan ətir şüşəsini görüb gülməyə başladılar. Amma Gülnaz bilərziyinzərif olduğunu deyərək təriflədi və ətirdən azca üstünə vuraraq şagirdləringülüşünü ört-basdır elədi.

Ogün dərsdən sonra Yusif Gülnaz müəllimənin yanına gəlib dedi:

- Gülnaz müəllimə, bu gün sizdən anamınqoxusu gəlirdi.

Uşaqlargedəndən sonra Gülnaz hardasa bir saata kimi ağladı. O gündən sonra GülnazYusifə daha çox diqqət göstərməyə başladı. Yusifin zəkasının yenidəncanlandığını hiss elədi. İlin sonuna kimi Yusif sinifin ən çalışqan şairdlərindənbiri oldu.

Gülnazın"hamınızı çox sevirəm, birinizi obirinizdən ayırmıram” yalanın əvəzində Yusif onun ən çox sevdiyi şagirdiolmuşdu.

Biril keçdi, qapısının ağzında bir məktub tapdı Gülnaz. Məktubu Yusif yazmışdı.Yusif bu vaxta kimi ən yaxşı müəlliminin Gülnaz olduğunu yazmışdı.

Yusifdənyeni məktub gələnə kimi 6 il keçdi. Məktubda liseyi bitirdiyini və sinifdəkiüçüncü ən yaxşı şagird olduğunu yazmışdı. Onun ən yaxşı müəlliminin hələ dəGülnaz olduğunu yazmağı da unutmamışdı.

Dördil keçdi. Yusifdən Gülnaza yenə məktub gəldi. O, universitetdə oxuduğunu vəyaxşı bir dərəcəylə məzun olmaq üçün çox güc sərf edəcəyini yazmışdı. Onun ənyaxşı müəlliminin hələ də Gülnaz olduğunu yazmağı yenə də unutmamışdı.

Dördil də keçdi. Yusifdən daha bir məktub gəldi Gülnaza. Yusif universiteti yüksəkdərəcəylə bitirmişdi və təhsilini davam etdirmək istəyirdi. Və hələ də Gülnazonun tanıdığı ən yaxşı müəllim idi. Bu dəfə məktubun altındakı imza uzun idi –Tibb elmləri doktoru Yusif İsmayılov.

Dayanın,hekayə hələ bitməyib. Yaz idi, Yusifdən Gülnaza məktub gəldi. Yusif öz yarınıtapdığını, evlənəcəyəyini, atasının bir neçə il əvvəl öldüyünü yazmışdı. VəGülnaz müəllimədəm toyunda anası və atası üçün ayrılan yerdəoturub-oturmayacağını soruşurdu. Təbii ki, oturacaqdı. Gülnaz müəllimə üçünbundan böyük sevincmi vardı?!

Gülnazmüəllimə toya gedərkən qoruyub saxladığı həmin o hədiyyə bilərziyi, hə, Yusifinsaxta daşlarla bəzədilmiş, bir neçə qaşı əksik olan o bilərziyi taxmağıanasının ətrinə bənzəyən o ətirdən vurmağı unutmadı.

Toydabir-birilərini sevgiylə qucaqlayarkən Yusif onun qulağına pıçıldadı:

- Mənə inandığınız üçün, özümə dəyərverməyi, lazımsız bilməməyi öyrətdiyiniz və məni dəyişdirdiyiniz üçün də sizəminnətdaram, Gülnaz müəllimə!

Gülnazmüəllimə cavabında "Səhvin var, Yusif, mənsənə yox, sən mənə öyrətdin. Mən müəllimliyin nə olduğunu səninlə qarşılaşandabildim” deyib gülümsədi.

Hə, təəssüf ki, bizim Gülnaz kimi müəllimlərimizaz oldu. Vətən Gülnaz müəllim kimi müəllimlərdən başlamalıdı.


TƏQVİM / ARXİV