adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 May 2020 08:58
71755
ƏDƏBİYYAT
A- A+

SƏNİN ÜÇÜN DARIXMIŞIQ, İLAHİ - Emin PİRİNİN şeiri

Bu yerlərdə görünmürsən, hardasan?!
Sənin üçün darıxmışıq, İlahi.
Bəlkə kimsə keçib sənin yerinə,
Bir yol göstər, karıxmışıq, İlahi!

Ömrümüzün hər ucundan kəsibsən,
kəsib, kəsib neyləyirsən?!-
Kasıbsan?
Oxu görüm, nə yazıdı yazıbsan:
Çoxu zülmət, azı işıq, İlahi.

Titrəmişik qardan gözəl qışını,
atdıq belə yaşamağın daşını.
Ömür adlı bu kəhərin başını
Canavara buraxmışıq, İlahi...