adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 May 2020 15:01
111543
GÜNÜN LƏTİFƏSİ
A- A+

SÜRMƏLİ QARABULUDDAN GÜNÜN LƏTİFƏSİ

Bektaşinin günorta vaxtı birotaqlı evində süfrəsini açıb yeyib-içdiyini görən bir dindar öfkə ilə demiş:

- Ayıb, ayıb… Sənin evinə Ramazan girmədimi?

Bektaşi ağzındakı loxmanı udub dindara belə cavab vermiş:

- İmanım! Köşklər, saraylar, göydələnlər, villalar varkən mübarək Ramazan bizim bu təkgözlü, dar evə heç gələrmi?