adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: İNSAN

FAİQ QİSMƏTOĞLU
73520 | 2020-05-16 09:10

... Allah-Təala Yer üzünü yaradandanə varsa hamısını insana görə yaradıb. Uca-uca dağları, böyük-böyükokeanları, bir-birindən gözəl dənizləri, çayları, meşələri, ormanları,ağacları, gülləri, çiçəkləri... insanlara bəxş eləyib. Və hər şey ona görəyaranıb ki, insanlar bu yaradılandan istifadə eləsin və Allahın verdiyinəşükranlıq duası oxusun...

... Və biz insanlar Allahın verdiyi bu gözəlliklərin, bu bir-birinə bənzəməyənzərifliklərin qədrini o qədər də yaxşıbilməmişik. Əgər bilsəydik, Yer üzünün və Göy üzünün başına olmazın oyunları gətirməzdik.Biz Yer üzünün və Göy üzünün başına o qədər oyun açdıq ki, axırda yer üzü də,göy üzü də bizdən üz döndərdi. Göydən yağan yağış da, qar da, hətta üfüqdənboylanan günəş də 40-50 il bundan qabaqkı kimi dupduru, şəffaf deyil, insanısevindirmir.

Buna da min şükür! Ona görə şükür deyirəm ki, insan hər şeyi itirəndənsonra onun qədrini bilməyə başlayır. Biz də Allah-Təalanın verdiyi o gözəlvarlıqların çoxunu itirmişik. Axı dedim, yenə min şükür!

Dünyada hər şey təkrarsızdı. Yəni bir şeyin oxşarı olsa da, amma o,heç də əvvəlki demək deyil. Yaradan bütün olanları və olacaqları elə nizamlayıbki, ona əl vursan hər şey pozula bilər. Bizsə nəinki Allahın yaratdığına əlvurmuşuq, hətta onu vurub dağıtmışıq ey!..

Koronavirus bəlası bir daha insanlara ayılmağı, özünü dərk etməyi,Allahı tanımağı və sevməyi xatırlatdı.İndi evdən çölə çıxa bilməyən, yaşı 65-dən yuxarı olan insanlar dahayaxşı bilir ki, Yer üzü nə qədər gözəlmiş... Yer üzü nə qədər rəngarəng imiş...Və Yer üzü Allahın insanlara bəxş etdiyi ən böyük var-dövlət imiş...

Bu yaxınlarda "Şərq” qəzetində bir neçə yaşlı ziyalının karantinrejimi ilə bağlı müsahibəsini oxudum. Xalq şairi Nəriman Həsənzadə də, BDU-nunjurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli də və digərtanınmışlar da evdə olduqları günlərdə darıxdıqlarını bildirirlər. Mənim müəllimim,gözəl insan və gözəl ziyalı Cahangir Məmmədli müsahibəsində bildirir ki, məniinsanlar üçün, Aqil Abbas üçün çoxdarıxmışam...

İnsan! Yer üzünün əşrəfi və Allah-Təalanın ən böyük möcüzəsi! İnsan nəfəsi,insan ayağı, insan səsi gəlməyən həyat sönür və ölür. İnsan addımı atılmayanyerdə həyat inkişafdan qalır. O ağaclar, o güllər, o ormanlar insan nəfəsi görmədiyinəgörə, insan nəfəsi hiss etmədiyi üçün zəriflikdən, incəlikdən çıxır və kobudlaşır.Mən bunu bir dəfə kəndimiz - Böyük Bəhmənli erməni işğalından azad ediləndənsonra görmüşəm. 1993-cü ilin avqustun 23-də Füzuli işğal olunanda bizim kənd dəermənilərin əlinə keçmişdi. Cəmi 5 aydan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Milli OrduFüzulinin 22 kəndini və Horadiz şəhərini azad eləmişdi. 1994-cü ilin yanvarın10-da mən kəndimizə ilk dəfə gedən adamlardan idim. Həyətimizə girdim, sankimeşəliklə rastlaşdım. İnsan nəfəsi dəymədiyinə görə, həyətdə gəndalaş, sirkan vəo qədər digər otlar elə hündür idi ki, evə çox çətinliklə daxil oldum. Yənisözümün canı odur ki, insan nəfəsi və ayağı dəyməyən yerdə ağac da, gül də, çiçəkdə, torpaq da öz görkəmini itirir, kobudlaşır və vəhşiləşir.

Heç biz bu yazın gözəlliyini, ətrini, rəngini hiss eləmədik... heçbiz bu yaz qızılgülün ətrini ala bilmədik... heç biz bu yaz gedib kəndimizdə-kəsəyimizdəgüllərin, çiçəklərin, otların arasında gəzmədik... Sanki bu yaz başqa biryazdı. Böyük Ramiz Rövşənin "Çiçəklər doğulur bu yaz gecəsi” şeirindən bir parçanıxatırlayıram:

Çiçəklər doğulur bu yaz gecəsi,
bu yaz gecəsində sevməyə nə var?!

Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlarından, -
bu yaz gecesində ölməyə nə var?!.

... Hanı o gözəl yaz? Hanı o təbiətin min bir xalısı? O gözəl yaz davar, o güllər də var, o çiçəklər də. Sadəcə olaraq, bu yaz o yaz deyil. Buyazın güllərinin ətri insanları bihuş eləmir... Bu yazın təmiz havasıinsanların ciyərlərinə hopmur... Bu yazın qədəm qoyması insanların ürəyini dəsevindirmir... Çünki insanlar öz canlarının hayındadı. Yəqin ki, böyük günahlareləmişik və böyük günahlara görə də bu cəzanın altını çəkirik.

... İnsan da insan olmalıdır ey! Yer üzünə, Göy üzünə əl aparmalıdeyil...Yer üzünün, Göy üzünün altını üstünə çevirməkdən qorxmalıdır. Ammainsanlar bəzən Firon kimi Allahlıq iddiasına düşür. Allahlıq iddiasına düşəndədə bax beləcə, bir bəla gəlir, insanları silkələyir, onları haqqın yolunaqayıtmağa səsləyir. Biz isə çox çətinki, haqqın yoluna qayıdaq. Çünki haqqın yoluna qayıdan adam bu bəlanın dünyanıağzına aldığı günlərdə yetimə- yesirə, kasıb-kusuba göndərilən payı basıb yeməz.Basıb yeyirsə, deməli, insan deyil. Və ayılmırsa, özünə gəlmirsə, pisliyindən əlçəkmirsə, bu lap pis!

... İnsan! Axı Allah-Təala sənə digər canlılardan fərqli olaraq şüurda verib. Bəs sən niyə belə eləyirsən? Başqasına zülm eləmək, başqasınınhaqqına girmək ay insan oğlu insan, bağışlanılmaz günahlardandır. Heç olmasa,indi özünüzə gəlin! Yetimin haqqını, kimsəsizin malını, kasıbın balasınınağzındakı tikəni çıxarıb yeməkdən qorxun! Nə vaxta qədər ki, bunu eləyəcəksiniz,yer ayağınızın altından qaçacaq, o güllər də, çiçəklər də, ağaclar da əvvəlki təkiətir saçmayacaq və siz də yekə-yekə özündənrazı halda gəzib bu gözəlliklərigörməyəcəksiniz.

...İnsanlığı itirmək yox, onu qorumaq lazımdır. İnsanlığı qorumaq isəhər bir adamın çiyninə düşən böyük yükdür. Bax, o yükü hər bir insan daşımağaborcludur. Ən azından ona görə ki, hamının bu vətənə, bu dövlətə, bu millətəbir can borcu var!..

TƏQVİM / ARXİV