adalet.az header logo
  • Bakı 13°C

Əbülfət MƏDƏTOĞLU: “BU BAHAR”

ƏBÜLFƏT MƏDƏTOĞLU
59643 | 2020-05-15 09:05

Bu günlərdə çoxdəyərli yazıçı-şairə Gülər Eldarqızı mənə bir kitab bağışladı. Öncə düşündümki, yəqin müəllif özüdür. Lakin kitabı əliməalanda xəyal məni uzaqlara apardı, xatirələr təzələndi və onun çöhrəsi gözləriminönünə gəldi. Bu, qələm dostum, həyatda dəfələrlə görüşüb çörək kəsdiyim, özünü-sözünü tanıdığım mərhumAkif Şahverdiyevin kitabı idi.

"Vüsala doğru”adlı bu kitabda Akifin povestləri, hekayələri və bir neçə şeiri toplanmışdı.Akifi düşünə-düşünə kitabdakı şeirlərə diqqət yetirdim. Və zamanın ovqatınauyğun olan, bu gün şəxsən mənim yaşadığım durumun notlarına uyğun gələn "Bubahar” şeiri diqqətimi çəkdi. Bunu ona görə xüsusi vurğulayıram ki, indi mayayı olsa da, təbiətdə də bir virus xofu var. Həmişə adət etdiyim may ayının heçizi-tozu da görünmür. Elə bil COVİD-19 may ayının da kürkünə birə salıbdı.

Bax, elə həmAkifin xatirələri, həm də bu günümün yaşantıları mənə "Bu bahar” şeirini birneçə dəfə oxutdu.

Ümid zirvəsində,inam daşında,

Həsrət çəmənindəeşqin gül açar.

Kədər otağındanqəmli könlünü,

Gümanın xəlvətcəgötürüb qaçar –

Bu bahar!



Yəqin bu bəndəfikir verdiniz: -Ümidin zirvəsini də, inamın daşını da, həsrət çəmənini də, eləkədər otağından xəlvətcə qaçırılan sonuncu gümanını da düşündünüz... vəgördünüz ki, bu bahar sonuncu gümanın çiçəklərinə necə əl qoyur...

İncidən incəyəal sırğa taxan,

Qönçədəndanışan, günəşdən baxan.

Tez-tez buludolan, gah da ki, çaxan,

Ya, şirin fəndedər, ya, qalar naçar –

Bu nahar!

Bəli, ən incədən,ən zərifdən də zərifə sırğa taxan, özü də onun al rəngdə olmasına xüsusi önəmverən, qönçəni vəsf edib, günəşi sevən, buludu, şimşəyi özünə köçürən və bütünbunları da çox məharətlə, çox ustalıqla sərgiləyir bu bahar... Təbii ki, AkifŞahverdiyevin qələmiylə.

Eşqin nəğməsiniqapqara bığlar,

Böyük tütəyindəyanıqlı çalar.

Daşlaşıb bu əsərelə o anda,

Gənclikdən əbədiyadigar qalar –

Bu bahar!

Hə, eşqin nəğməsinisevdiyinin hörüklərində yanıqlı bir avaza çevirmək və bununla da o hörüklərioxşamaq, sığallamaq... və beləcə də ogörkəmlə, o avazla elə daşlaşıb gənc yaşında qalmaq... və bir də əbədi yadigaraçevrilmək – Sevgi yadigarına! – necə də gözəldi bu bahar da!

Elçi sözü saldaşlardan süzülər,

İntizardan ikiürək üzülər.

Dodaq çalar, gözoynayar, üz gülər,

Tay-tay olar,"şah qapısı” açılar –

Bu bahar!

Doğrudan dabütün sevgilərin vüsal anı elə şah qapısına gedib oradan bir "hə” ilə geriqayıdanda öz zirvəsinə yüksəlir. Akif Şahverdiyev də baharın sevgi vüsallarımövsümü olduğunu, çiçəkləndiyini beləcə poetik şəkildə ifadə edibdi. Yazıb ki,bu baharın çal-çağırı, dodaqların zümzüməsi, göz-qaşın oynaması, elçilərin şahqapısına getməsi hər kəsin arzusu olduğu kimi, həm də bir xoşbəxtliyinbaşlanğıcıdır. Deməli, o xoşbəxtliyi vəsf etmək də Akif Şahverdiyev qələmində mənimgördüyüm, duyduğum kimi təravətlənibdi. Ruhu şad olsun, Akifin! Təkcə bubaharda yox, bütün zamanlarda!

TƏQVİM / ARXİV