adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

İsraillə niyə düşmən olaq?! - Emin Piri yazır

Emin Piri
70174 | 2020-05-15 09:10

Yaxın 10 ildə baş verənhadisələri izlədikdən sonra bir daha əmin olursan ki, hansısa qüvvələr Azərbaycan-İsrail,türk-yəhudi millətləri arasında bilərəkdən nifaq toxuma səpməyə çalışır. Özü də bütün bunlar elə bir formada və səs-küylü informasiyalarlaaparılır ki, ölkələrin diplomatik əlaqələrindən xəbərin olmasa, düşünə bilərsən ki, bir millətin digərinə qarşı soyqırımı baş verib. Bu tendensiyaget-gedə daha da artmaqdadır. Xüsusən, qonşu ölkələr islamçı qüvvələrin uzun müddət hakimiyyətdə olması, yürütdüyü xaricisiyasət bizim ölkədə də bəzi dindarlara təsirsiz ötüşmədi söyləsək yalan olar.

Azərbaycanla İsrail arasında mehribanlıq, dostluq və beynəlxalq əməkdaşlığınolması niyə bu qədər etirazla qarşılanmalıdır? İstər dərininə, istərsə də eninəgetdikdə bütün baş verənlərin heç də dini mübahisə olmadığını anlamaq çətindeyil.

Azərbaycan-İsrail arasındakı ticarət dövriyyəsi 4 milyard dollar ətrafında dəyişirvə İsrail dövlətinin neftə olan tələbatının 20%-ə qədərini Azərbaycan ödəyir.İsraildən alınan milyardlarla dollarlıq silah-sursat digər silah alverçisi olandövlətləri narahat edir. Çünki İsrailə axan pullara təbii ki, həmin dövlətlərsahib olmaq istərdi. Müasir silahları kənara qoyub həmin narazı ölkələrin geridəqalmış silahlarını almaq da ağılsızlıq olardı.

Türk və yəhudi millətləri arasında tarixi bir uçurum yaratmaq istəyənlərə sadəcəiki-üç tarixi misalla cavab vermək olar. Diqqətlə izləsək, Orta Doğudakı bütünxalqlar arasında müəyyən dövrlərdə münaqişələr və aramsız savaşların başverdiyini görərik. Türk və yəhudi xalqları arasındasa bunu qabarıq şəkildə sezməkmümkün deyil və rast gəlinməmişdir desək, yanılmarıq. Əksinə, bu xalqlar biryerdə hər zaman dinc şəraitdə yaşayıblar. Müəyyən dönəmlərdə türklər yəhudiləriqoruyub və onların öz dövlətlərində yaşamasına şərait yaradıblar. Məhz səlibyürüşləri zamanı Roma papasının çağırışı ilə Yaxın Şərqi yəhudi və müsəlmanlardantəmizləmək planı türk sərkərdələrinin qəhrəmanlığı nəticəsində iflasa uğradı.1264-cü ildə son səlibçilər yaxın şərqdən qovuldular. 16-cı əsrdəsə İpaniyada yəhudilərinsoyqırımı başlarkən Osmanlı dövlətionlara sığınacaq verdi. Bəs indi nə baş verir, cənablar?

Azərbaycanlı və yəhudiləri kobudcasına məzar qardaşları da adlandırmaq olar. Məhz,bu 1918-ci il mart soyqırımı zamanı milliyətcə türk mənşəli əhaliylə yanaşıminlərlə yəhudinin öldürülərək, azərbaycanlılarla toplu şəkildə bir yerdəbasdırılmasıdır. Buradan da görmək olar ki, azərbaycanlıları türklərdən sonraermənilərə qarşı birləşdirən ikinci birlik yəhudi amilidir.

Hazırda Azərbaycanda 10 mindən artıq yəhudi yaşayır. Müəyyən dövrlərdə, xüsusənİsrail dövləti qurulduqdan sonra on minlərlə yəhudi oraya köçməli oldu. Indininözündə İsraildə on minlərlə insan ya Azərbaycan əsillidi, ya da buradakıinsanlarla qohumluq, dostluq əlaqələri var. Bu faktın özü göstərir ki, hazırdaİsraildə yüz minlərlə azərbaycansevər var. Elə Avrovisionla əlaqəli bir faktıdemək yerinə düşər ki, bu, sübut olunsun. Hər il maraqlıdır ki, bu müsabiqədəİsrail xalqı maksimalballarını azərbaycanlı iştirakçıya verir. Hər il təkrarlanan bu fakt heç dətəsadüfdən yaranmır. Ümumiyyətlə, dünyada heç bir siyasi gediş təsadüfi hadisələrdənibarət olmur. Özü də bu, dövlətlərarası münasibətdirsə. Hətta, qeyd etdiyimizfaktlar olmasa da Azərbaycanın orta doğudakı projelərdə iştirakı üçün bu müttəfiqliyinolması zərurətdir. İsrailinsə bu bölgədə istər siyasi, istər iqtisadiformalarda hansı nüfuza malik olmasını görüb də bu müttəfiqlikdən qaçmaq daözünə vurulan zərbədən başqa bir şey deyildir.

Qonşu ölkə rəhbərliyi hər çıxışında İsrail dövlətini məhv etməyə çağırır və hərbir yolla onunla iqtisadi, siyasi əlaqə yaradanları hədələyir. Həmin ölkə ki,40 milyon azərbaycanlı orada siyasi əsirdir. Həmin diplomatlar ki, Azərbaycantorpaqlarını işğal edən Ermənistana qardaşcasına qucaq açır. Elə isə kiməinanmalı?

Gözdən qaçmayan daha bir məqam: müxtəlif beynəlxalq konfranslarda azərbaycanlılarınhaqq səsinin dünya ölkələri tərəfindən eşidilməsində İsrail diplomatlarınınböyük xidməti olub. Bunu daha çox xalqımızın ağrılı yeri olan Qarabağ məsələsiilə bağlı dinləmələrdə vəİranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdindəbulunduğu məqamlarda müşahidə etmişik.

Əgər bütün münasibətlər müsəlmanlıq üzərində qurulmalıdırsa və ərəb ölkələri iləarasında olan münaqişəyə görə İsraildən imtina edilməlidirsə, Suriya, Livan və digər müsəlman ölkələrindəerməni terroristlərin yetişdirilməsinə nə ad verək?

Təbii ki, bütün arqumentlərə baxmayaraq hər zaman İsraili lənətləmək üçün birşeylər tapacaqsınız.

TƏQVİM / ARXİV