adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 May 2020 10:35
39992
DÜNYA
A- A+

Koronavirusa qalib gələn 113 yaşlı ispan qadın

İspaniyada yaşayan 113 yaşlı Mariya Branyas koronavirusa qalib gələrək bunu bacaran ən yaşlı adam olaraq tarixə düşdü.

Bu koronavirusun ən çox təsir etdiyi ölkələrin başında gələn İspaniyadan sevindirici bir rekorddur.

Adalet.az xəbər verir ki, Mariya Branyas 1918-ci ildəki İspan qripini, 1936-cı ildə başlayan vətəndaş müharibəsini və koronavirusu həyatda qalaraq keçmiş oldu.

Mariyanın üç övladından ən böyüyünün 86 yaşı var. 13 nəvəsi var, ən yaşlısı 60 yaşındadır.