adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 May 2020 09:35
27066
GÜNDƏM
A- A+

MÜDAFİƏ NAZİRİ ÖZÜ RƏSMİ AÇIQLAMA VERMƏLİDİR

Qəzet və saytlarda , qısası, mətbuatda belə bir məlumat yayılıb ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddəti 1 ilə yendirilib, magistratura sistemi də ləğv edilib. Akademiyaya bu il daxil olan zabitlərə də diplom yox, sertifikat veriləcək. Və bundan başqa da Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik Məktəbləri də ləğv edilərək Ali Hərbi Akademiyanın tərkibində fakültəyə çevrilib.

Müharibə şəraitində olan bir ölkədə bu mümkünmü?!

Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı bu xəbəri təkzib edib.

Amma bu polkovnik Vaqif Dərgahlının səviyyəsində deyil. Belə bir əmr var, ya yox, buna Müdafiə naziri, general-polkovnik Zakir Həsənov aydınlıq gətirməlidir. Və əgər doğrudan da belə bir əmr varsa, əsaslandırılmalıdır.