adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: DÖYÜŞƏN KİŞİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
71949 | 2020-05-11 09:15

Onda dünyanın kələfidolaşmışdı. Ermənilər yenə öz məkrli siyasətlərinin tonqalını qalamışdılar. VəAzərbaycanın əzəli torpağı olan, bu gün Ermənistan adlanın ərazidə qan su yerinəaxırdı. Adamlar mallarını, əmlaklarını unudub canlarının hayına qalmışdılar.Sanki göy, yer bir ah-nalənin burulğanınadüşmüşdü...

Bu məqamın adınıtapmaq, onu kağıza köçürmək, dilə gətirmək çox çətindir. Amma neyləyim ki, bubir həqiqətdir və onu yaşamağa da biz məhkumuk. Bütövlükdə millətimizin qanyaddaşına hopmuş ötən əsrin 1918-ci ilindən başlayan erməni azğınlığının növbətidalğasını xatırladıqca xəyalım uzaqlara qanadlanır. Bu da səbəbsiz deyil. Çünkibarəsində yazmaq istədiyim bir insanın həyat yolu məhz həmin od-alovun, ah-naləniniçərisindən başlayıbdır.

Bəzən deyirlərki, yol hardan, necə başlayırsa, davamı da elə bu cür gedir. Bax, bu mənadaQasım Əsədovun tale yazısı da həmin deyimdəkini təsdiq edir. Çünki o, budünyanın qara üzünü öz ömrünün qara səhifəsindən işığa çıxarmış bir insanolubdu...


Təsəvvür edinki, bu gün işğal altında düşmən torpağı kimi qalmış Qərbi Azərbaycanın Masisrayonunda öz həyatını yaşayan, öz gününü-güzəranını qurub, ev-eşiyiylə, təsərrüfatıilə məşğul olan bir ailənin üstünü qəflətən qara buludlar aldı. Evlərə odvuruldu, mal-davar yağmalandı, uşaq ata-anasından, valideynlər uşaqlarından pərən-pərəndüşdü. Hər kəs nə edəcəyini bilmədən elə necə gəldi oğlunu, qızını, atasını,anasını səsləyə-səsləyə ölümdən canını götürüb qaçmağa başladı. Bax, həminvaxt, yəni 1920-ci ildə indi Masis kimi tanınan bölgədə dünyaya gəlmişdi Qasım Əsədov.Nə danışa bilirdi, nə qışqıra bilirdi, nə də kim olduğunu ifadə etmək zorundadeyildi. Evin yeganə övladı olan Qasım Allah umuduna sığınmışdı daşın dibinə.Bu zaman övladlarını haylayıb tapa bilməyən Zəhra bibisi, yəni atasının bacısıbir xilaskar mələk kimi özünü onun üstünə atdı. Nağıllarda deyildiyi kimi,Xızır Peyğəmbər haya çatdı. Öz uşaqlarını haraylayan Zəhra bibi Qasımı görəndəyerindəcə dondu və heç nə düşünmədən özünü qardaşı oğlunun üstünə atdı.Başından sürüşüb düşmüş yaylığına büküb bircə kəlmə "can, qorxma, yanındayam”deyib sinəsinə sıxdığı uşaqla birlikdə qaçmağa başaldı. Kolların, koslarınarasından necə keçdi, Qasımı necə xilas etdi, bunu yalnız Allah bilir. Biz isəbunu yalnız möcüzə adlandırırıq. Çünki o vəziyyətdən insanı yalnız möcüzə xilasedə bilərdi. Elə böyük Allahımız da Zəhra bibinin timsalında möcüzəni gerçəkləşdirdi...

Bəli, bir ailə pərən-pərəndüşdü. Hərə özünə Azərbaycanın bir bölgəsində sığınacaq tapdı. Zəhra bibi dəözüylə birlikdə Qasımı Ağdaş rayonuna gətirdi. Artıq öz övladlarından əliniüzmüş ana bütün mehrini qardaşı oğluna salmışdı. El arasında bir deyim var.Atalar deyib ki, "yetim böyüyür, yamanlıq Əzrayıla qalır”. Bu mənada Qasım dabütün yaşıdları kimi həyatın bütün sınaqlarına dözə-dözə bir qarnı ac, birqarnı tox böyüdü. Və günlərin bir günü onun həyatının ikinci səhifəsi yazılmağabaşladı. Bu səhifə artıq böyük bir savaşdan keçirdi. Yəni Qasım Əsədov Sovetordusu sırasında alman faşizminə qarşı döyüşə çağırılmışdı.


Azərbaycandançağırılan əksər döyüşçülər kimi onun da döyüş yolu birbaşa ön səngərdənbaşladı. Digər millətlərin nümayəndələri ilə birlikdə o da bir əsgər kimimüharibənin bütün əzab-əziyyətini, bütün uğur və məğlubiyyətlərini yaşadı,şahidi oldu. Heç vaxt bir addım geri çəkilmədi. Özünü həmişə önə atdığındandöyüşlərin birində mühasirəyə düşdü. Yanında partlayan mərminin təsirindən yerəyıxıldı. Gözlərini açanda başının üzərində alman əsgərlərini gördü. Faşistlərona öz iyrənc təbəssümləriylə, baxışlarıyla və anlamadığı dildə nələrsədeyirdi. Bircə onu hiss etdi ki, çiyninə vurulan avtomat zərbəsi "təslim ol”deməkdir.

Qasım Əsədovalman əsirliyində olsa da, gecə-gündüz Azərbaycanda qoyub gəldiyi doğmalarını,xüsusilə Zəhra bibisini düşünür və bu əsirlikdən necə qaçıb qutarmağınyollarını arayırdı. Nəhayət ki, tez-tez təmasda olduğu insani diqqətini çəkdiyibir alman əsgəriylə "dil” tapdı. Və bəlkə də dünyanın bir möcüzəsi də bu andabaş verdi. Əsirlərə nəzarət edən həmin alman əsgəri beş barmağını ona göstəribdedi:

- Beş dəqiqəvaxt verirəm. Sənin dediyin kimi, mənim də anam var, bizi analarımız gözləyir.Beş dəqiqəyə qaça bilsən, qurtulacaqsan. Yalnız sən qaçandan sonra havaya atəşaçacam. Qaça bilməsən, bir də mənə dil tökmə...



Bu fürsət Qasımüçün nicat yolu idi. O, arxaya baxmadan meşənin dərinliyinə doğru qaçdı.Arxadan açılan atəşlər artıq ona yetişmək gücündə deyildi. Görünür, azadlıq həqiqətənçox şirindi. Elə bu azadlıq eşqi də Qasımı bir rus kəndinə gətirib çıxardı. O,həmin evin qapısını döyüb gizlənmək üçün kömək istədi.

Ev sahibəsi onuzirzəmiyə düşürdü. Bir neçə gündən sonra o, artıq partizanlara qoşulmuşdu. İndi o, Polşada faşizmə qarşı silahasarılmışdı. Döyüş yolunun haralardan keçməsinə baxmayaraq, bir neçə dəfə ölümləüz-üzə gələn, hətta ağır yaralanıb bir böyrəyini itirən Qasım Əsədov Sovet əsgərininüzərinə düşən vəzifəni qələbə gününə qədər yaşadı və o, 9 May qələbəsininsevincini Varşavada qeyd etdi.

Müharibə bitdi.İndi o, qalib əsgər kimi dönürdü vətənə, doğmalarının yanına. Onu da elə qaliblərəlayiq şəkildə qarşıladılar. Təbii ki, hamıdan çox sevinən isə Zəhra bibisi idi.Bu sevincin ardını isə o, böyük inşaat meydançası olan Mingəçevirdə davametdirdi. Bu şəhərin salınmasında yaxından iştirak edən Qasım Əsədov bütün həyatınıdemək olar ki, məhz çətinliklərdən keçə-keçə başa vurdu. Və ən maraqlısı odurki, o heç vaxt nə özündən, nə də qəhrəmanlıqlarından danışmadı. Sinəsini bəzəyənorden və medalları ilə bir şərəfli ömrün nümunəsinə çevrildi. Hər il qələbəniailəsiylə, övladları, nəvələriylə qeyd edən Qasım Əsəd oğlu Əsədovun bu dünyayaəlvida deməsindən sonra onun qələbə sevincini onun övladları, nəvələri, nəticələrixatırlamaqla bir DÖYÜŞMÜŞ KİŞİNİ yaşadırlar. Ruhu şad olsun!


TƏQVİM / ARXİV