adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 May 2020 22:19
158130
AVTOMABİL
A- A+

“Volvo” 10 minə yaxın avtomobili geri çağırır

"Volvo” şirkəti Rusiyada 9,8 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, geri çağırılma 2019-2020-ci illərdə istehsal olunmuş S60, V60CC, S90, V90CC, XC40, XC60, XC90 modellərinə şamil olunur.

Qeyd olunur ki, geri çağırılmaya səbəb avtomatik əyləc sistemində mümkün qüsurlardır. Proqram təminatında olan problemlərlə bağlı sistem vaxtında işə düşməyə bilər.

Qeyd olunan avtomobil sahibləri üçün proqram təminatı ödənişsiz olaraq yenilənəcək.