adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 May 2020 21:34
137816
AVTOMABİL
A- A+

Avtomobil üçün etibarnamənin onlayn verilməsinə başlanıldı - VİDEO

Azərbaycanda mobil notariatla etibarnamələrin verilməsinə başlanılıb. Yeni mobil tətbiq vasitəsiləavtomobil sahibləri, o cümlədən ölkədən kənarda olan vətəndaşlarımız mülkiyyətçisi olduqları nəqliyyat vasitəsinə dair etibarnaməni heç yerə getmədən onlayn qaydada verə biləcəklər.

Bu xidmət mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxsin avtomobilin satılması, bağışlanması, dəyişdirilməsi, ipotekaya qoyulması, icarəyə verilməsi, daxili işlər orqanlarında qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması üzrə səlahiyyətlərin seçim üzrə bütünlüklə, yaxud qismən digər şəxsə verilməsini təmin edir.

Fasiləsiz rejimdə göstərilən yeni xidmətin əsas özəlliyi ilk dəfə olaraq etibarnamələrin rəsmiləşdirilməsində videoyazı vasitəsindən istifadə edilməsidir. Bu da sui-istifadə hallarının və vətəndaşların əmlak hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir.

Tətbiq vasitəsilə respublika ərazisində fəaliyyət göstərən bütün notariat ofisləri və notariuslar barədə məlumat əldə etmək, eləcə də ofislərin 360 dərəcə görüntüsünü nəzərdən keçirmək mümkündür.

Ətraflı Baku.Tv-nin süjetini təqdim edirik: