adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ŞAİR OSMANIMIZI İTİRDİK - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
79396 | 2020-04-25 10:09

"Ölüm bir körpüdür, dostudosta qovuşdurur”

Hz. Məhəmməd Peyğəmbər


Osman Əhmədoğlunu 90-cı illərdəntanıyıram. O, Gürcüstanda, məni onunla tanış edən Əli Şamil Naxçıvandayaşayırdı. Sonradan öyrəndim ki, onlar tələbə yoldaşı olublar və QubanınXanagah kəndində doğulmuş İsrafil Qurbanovla otaq yoldaşı olublar. Özlərinindediyi kimi, gəlirlərini və xərclərini "kolxoz" metodu iləpaylaşıblar. Yəni heç zaman kim nə qədər qazandı, nə qədər xərclədi deməyiblər.Əllərində nə varsa, birlikdə bölüşüblər, dərdi-sərləri, sevincləri, qəmləribir, sirrləri ayrı olub. Sirlərinin ayrı olmasının səbəbi isə bir-birini qorumaqdandoğub. Dostluqları, əqidə qardaşlıqları tələbəlik illərindən qədəm götürüb.

İti yaddaşı olan, klassik vəmüasir şairlərin onlarla şeirini əzbər bilən Osman ünsiyyətçilliyi,xeyirxahlığı, səxavətliliyi ilə Bəxtiyar Vahabzadə, Xəlil Rza, Hüseyin Arif vəbaşqa şair, yazıçı, vəzifə sahibi ilə dostluq münasibəti qura bilib. Tələbəvaxtı Musiqili Komediya Teatrında fəhlə işləyəndə xəstələnən aktyorları əvəzetməsində, Nəsibə Zeynalova ilə səhnəciklərdə tərəf müqabil olmağından məzəli əhvalatlardanışardı. Bütün bunlar ona imkan verib ki, universiteti bitirəndə Bakıdaqalsın, qəzet və jurnallarda, nəşriyyatlarda işə düzəlsin. Buna onun haqqı davardı.

Şeir yazırdı, lirik publisistikməqalələri az bir zamanda tamamlayıb redaksiyaya, radio və televiziyaya verəbilii, nitqi də rəvan idi. Radio-televiziyada da, teatrda da, mədəniyyətocaqlarında da işləyə bilərdi. Amma o, Azərbaycan Dövlət Universitetinin(İndiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirdikdən sonraBakıda qalıb işləmək haqqında düşünməyib və doğma diyarı, qədim Türk yurduBorçalı (Bozsalı, Bosşalı) mahalına qayıdıb, elinə-obasına mənəvi qüdrət bəxşedən, yol göstərən bir ziyalı olub, sonra da el ağsaqqalına çevrilib.

Osmanın xasiyyətindən sözaçmaqda acizlik çəkdiyimin fərqindəyəm və bu mənlik deyil. Dostluq yönündən desəmonu Hz. Əli (ə.s.) bu sözləri ilə nişan verə bilərəm: Hər şeyin xeyirlisiyenisidir; lakin dostun xeyirlisi köhnə olanıdır. Əqidə yönündən isə onu ancaq"əqidəsinin çılğın şəxsiyyəti" kimi qələmə verə bilərəm. Bilmirəm təsviredə bildimmi!

Azərbaycanın müstəqilliyiniqazanmasının ilkin illəri idi. Türkiyədə yaşasaq da belə bir dönəmdə hərbirimiz Azərbaycanımıza nə cür köməklik edə bilərik, öhdəmizə nə düşə bilər,onu həyata keçirmək üçün bütün gücümüzlə öyrənməyə və yerinə yetirməyəçalışırdıq.

Azərbaycana gəldikdə də hər birqardaş-bacımızla söhbətləşir nə etmək lazımdırsa, çatışmayan nə var və gücümüznəyə çatarsa o tərəfə yönəlirdik.

AMEA Folklor İnstitutunundirektoru, əziz dostum Hüseyn İsmayılov Bakıda uluslararası bir tədbir təşkiletmiş, mən də TRT-dən icazə alaraq məruzə etməyə gəlmişdim. Yaşar Kalafat bəy dəhəmin tədbirdə iştirak edirdi. Yaşar Bəy Əli Şamilə mümkünsə, onu Borçalıyaaparmasını xahiş edib, Əli də məmnuniyyətlə qəbul edib. Əli bəy məsələni mənə dədedi və təkidlə də onlarla birlikdə getməyimi istədi, getdik. Dostumuz Osman Əhmədoğlununüç gün qonağı olduq.

Osman bəy o vaxt el-obası üçüncanfəşanlıqla işləyir, necə deyərlər, ayağı altına gəlmirdi. Bu, Osmanın köhnə xasiyyəti idi, o millət vəkili olmasa da buişləri görürdü. Birlikdə Tiflisə getdik, Türkiyənin fövqəladə səfiri iləgörüşdük, şəhərdəki tarixi yerlərdə, Borçalıda ziyarətgah olan məkanlardaolduq, xalqın ziyalıları ilə görüşübsöhbətlər etdik. Yaşar bəy xalqın dilindəki folklor və mifoloji örnəkləritoplayıb qeydlər götürdü. Bu üç gündə ən çox zəhməti də Osmanın həyat yoldaşı əzizbacım Güldərən xanım çəkdi. Yaşar bəy axşamları bir araya gəldikdə Osmanınbabası Cındır Osmanın müridi olduğu Seyid Həmzə Nigari üçün Qafqaz bölgəsindəgördüyü işləri, Hacı Mahmud ağanın ziyarətgahına yığılan nəzirləri qızıl pulaçevirərək cındırından cin ürkən çuxasınınastarına tikdirb. Amasiyaya aparmasından şövq ilə danışardı. Babasının əməllərinəheyrət edər və danışdıqca gülərdi. Borçalıdan Amasiyaya kimi olan 1000kilometrdən çox məsafəni təkbaşına gedən, sərhədlər keçən, oğru quldurlarastlaşan bu adam yalan da danışmazmış.

Hətta sərhədçilər ondan: "Əmi,xurcununda nə var?" - deyə sorduqda Cındır Osmanın, "Bala, qızılvar" dedikdə sərhədçilər onu nə cürlağa qoyduğunu danışmaqdan ləzzət alardı. Yaşar Kalafat bölgə ilə bağlı, bölgədəyaşayanların inancları ilə bağlı bir kitablıq material topladı. Üç gün sonrasağollaşıb Bakıya qayıtdıq. O gündən sonra Türkiyədən Azərbaycana Gürcüstanyoluyla gəlişimizdə və qayıdışımızda yoldaşım Fatma xanımla Osmanın evinə baş çəkdik.Güldərən bacımıza əziyyət verib səhərisi gün yola düşdük. Bakıda Borçalı Cəmiyyətinintəşkil etdiyi tədbirlərdə birlikdə iştirak etdik.

Osman Əhmədoğlu ziyalı birfolklorşünasdı, gözəl şairdi, anadangəlmə istedadlı bir natiqdi, kütlələri biranda təlatümə gətirəcək söz və nitq qüdrətinə malikdi, urfanı havasını özünə məxsusbir əda ilə rəqs edən bir qamdı, ozandı.

Bir insanın ən böyük əsəriövladlarıdır. Atalarımız "Ağac yaşkən əyilər" sözünü elə-belə deməyib.Osman Əhmədoğlu gözəl övladlar yetişdirib, onları yaşkən tərbiyə edib. NamiqKamal "Tərbiyə, ana qucağında başlayır; hər söylənən söz uşağın şəxsiyyətinəqoyulan bir kərpicdir" - deyib. Onu və ailəsini tanıdıqca gördüm ki, Osmanövladları Savalanı, Qoşqarı, Alpayı, qızı Tamamı, nəvələrini Namiq Kamalın,atalarımızın və peyğəmbərimiz Hz. Məhəmmədin sözlərinə əməl edərək "gözəltərbiyə edib".

Dinimizin bizə öyrətdiyinə görə,insanların qazandıqları savab və günah prosesi canı çıxdığı andan başlayaraqdayanır. Ancaq bəzi insanlar vardır ki, ölmüş olsalar da, savab qazanmağa illər,yüzillər boyu davam edirlər. Onlar da gözəl əsərlər buraxıb gedən insanlardır vəəsərlərindən istifadə edildikcə rəhmət, dolayısıyla da savab qazanırlar.Övladlar da belə əsərlərdir. Osman hər ikisini, yəni həm gözəl övladlarını, həmdə zəngin folklor dünyamızla bağlı əsərlərini yaradıb ərsəyə gətirərək,Tanrımıza qovuşdu. Onu düşünməkdən vəyad etməkdən şəxsən məni və mənim kimi olanları ölüm ayıra biləcək, həmişə ürəyimizinən mutəna guşəsində öz yerini tutacaqdı.

Ocağına hər üz tutduğumuzdaonun yerini boş görüb ürəyimizin başında göynərti yaranacaqdı, ancaq neyləyəbilərik, gəlimli-gedimli olan bu fani dünya üçün Tanrı, "Qurani Kərim”də"Küllü nəfsün zayiqəl məvt, hər bir canlı ölümü dadacaqdır" deyib,növbə çatdıqda biz də dadacayıq. Ulu Tanrım qardaşım Osmanın məkanını cənnəteyləsin, qəbri nurla dolsun, başda ailə üzvlərinə və onu sevən bizlərə səbrversin.

"Əminəm, saf ruhlarsalamlar səni,

"Xoş gəldin" öyərəkqarşılar səni,

"Yolbayı təkqoydun?"- sorğular səni,

Salam de, onlara məndən, ayOsman!

Salam de, onlara eldən, ayOsman!

Ayrılmaq çətindir səndən, ayOsman!

Zəlimxan Məmmədli



Seyfəddin Altaylı,

Ankara,

altaylı[email protected]


TƏQVİM / ARXİV