adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Mart 2020 22:33
17709
DÜNYA
A- A+

İtaliyada koronavirus qurbanlarının sayı 8 000 nəfəri keçdi

Son sutka ərzində İtaliyada koronavirusun səbəb olduğu xəstəlikdən və onun nəticələrindən 662 nəfər dünyasını dəyişib.

Bu barədə ölkənin Mülki Müdafiə Departamentinin nümayəndələri xəbər yayıblar.

Bildirilir ki, ölüm hallarının ümumi sayı 8 mini ötüb. Yoluxanların sayı, demək olar ki, 4,5 min nəfər artıb və ümumilikdə ölkədə hazırda 62 013 yoluxma halı qeydə alınıb. Son gün ərzində müalicə olunanların sayı təxminən 1 minə çatıb.

Ölkədə koronavirud COVİD-19 yayılmasından indiyədək xəstələrin ümumi sayı, ölü və müalicə olanlar da daxil olmaqla (10 361 nəfər) 80 539 təşkil edib.