adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Mart 2020 11:29
7548
HADİSƏ
A- A+

Bakıda sevgililərin intiharı: Qızın meyiti tapıldı

Fevralın 25-də gecə saatlarında Dənizkənarı Bulvarda biri kişi, digəri qadın olmaqla, iki nəfərin intihar etməsi barədə xəbər vermişdik.

Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özlərini dənizə atıblar.

25 yaşlı B.Məmmədov xilas edilərək, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin N.Rzazadənin meyitini aşkar etmək mümkün olmamışdı.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının səyi nəticəsində N.Rzazadənin meyiti tapılıb. Əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri və polis əməkdaşları da cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyətiüzrə təhvil verilib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.