adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Mart 2020 09:37
14184
HADİSƏ
A- A+

Şamaxıda iki avtomoil toqquşdu: Gəncin onurğası zədələndi

Şamaxıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib.

Reportxəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Gülalıyev Şiralı Telman oğlu ağır xəsarət alıb. O, əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı Ş.Gülalıyevə onurğa sümüyünün zədəsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.