adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Mart 2020 23:10
11775
HADİSƏ
A- A+

Kürdəmirdə yük maşını piyadanı vuraraq öldürdü

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1963-cü il təvəllüdlü Kürdəmir rayon sakini Omarov Sahib Mütəllim oğlu QAZ-53 markalı yük maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən naməlum piyadanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib. Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.