UEFA Avro-2020-nin təxirə salındığını - Rəsmən açıqladı
UEFA bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020-nin koronavirus epidemiyasına görətəxirə salındığını rəsmən açıqlayıb.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransından sonra qərar verilib. Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.
Xatırladaq ki,Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan qitə çempionatının 4 oyunuBakıda olacaq.