adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Mart 2020 09:10
85142
ŞOU-BİZNES
A- A+

Damla: “Oğlum İbrahimin atası...”

Müğənni Damla 2017-ci ildə instaqramda ilk ilk dəfə oğlunun fotosunu paylaşmışdı.

Sənətçi mətbuatdan gizlətdiyi övladının şəklini izləyiciləri ilə bölüşdükdən həmən sonra fotonu 12 minə yaxın insan bəyənmişdi.O vaxt müğənni hətta:”Bu hədiyyəni görən kimi duyğulandım. Oğlum bu həyatda sahib olduğum yeganə varlığımdır. Nə yaxşı ki, övladımla olan bu fotonu hazırlamısız. Allah bu sevgini mənə çox görməsin”- deyə şərh bildirb.Damla müsahibələrinin birində oğlunun onunla foto paylaşmağa icazə vermədiyini söyləmişdi.

Amma...

Atv telekanalında yayımlanan "Zaurla Günaydın” proqramına Damla və oğlu İbrahim sürpriz bir şəkildə qonaq olublar.

Adalet.az xəbər verir ki, İfaçı əvvəllər oğlunu mediadan gizlətməsinin səbəbini də açıqlayıb:

"Bilirsiniz, oğlum bir az başqa xarakterli uşaqdır. Açılışmağa, efirlərə gəlməyə biz məcbur edirik. Qapalı uşaqdır. Ona görə həmişə kənar tutmağa çalışmışıq. Xasiyyəti daha çox atasına bənzəyir”.



Müğənni oğlunun atası ilə tez-tez görüşdüyünü də bildirib:"Atası ilə mütəmadi olaraq görüşürlər. Oğlum atasının yanında olanda çox rahat oluram. İdmanı ilə, tərbiyəsi ilə o məşğul olur. Elə məsələlər var ki, mən çatdıra bilmirəm, atası edir. Paltarlarını, sevdiyi şeyləri o alır”.

Əntiqə Rəşid