adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Oxuyun, söyün, dağılışın! - Eminquey yazır

EMİNQUEY AKİF
154657 | 2020-02-28 09:20

Bir bu olmamışdı, buda oldu.

İki il əvvəl elə məhzfevral ayında yazdığım bir status xeyli insanın, xüsusilə də dindar kəsiminetirazına, müzakirəsinə səbəb oldu.

Yazmışdım ki, "Quranınbir vərəqini cırmışam, oturub gözləyirəm ki, ya meymuna çevriləcəm, ya da evbaşıma uçacaq”.

Söydülər, məzələndilər,qırıldadılar.

Facebook-dakı mesajbölməmdə (elə etmişəm ki, dostluqdan olmayanların mesajları filtr bölməsinədüşür) filtr bölməsini hələ də açmıram. Bilirəm ki, çoxusu söyüşdür.

Saytlar mənim sayəmdəözlərinə İP qazandılar. (çoxları elə bildi ki, guya gündəmə gəlmək üçün edirəm)

Hətta kanalarımızdanbirində yayımlanan dini verilişin mövzusu da oldum.

Qohumlarımdan bir neçəsiməndən üz çevirdi.

Anamın göz yaşlarınızülmlə dayandırdım. Ona oğlunun səhv heç bir şey etmədiyini izah etdim.

Təkcə anama deyil, eləməni söyənlərə də iki uzun açıqlama ilə fikrimin nəyə əsaslandığını ətraflıizah etdim.

Həmin gün nə qədər əsəbkeçirdiyimi, necə hala düşdüyümü yaxınlarım çox yaxşı bilir.

Və əslində ən çox təəssüfləndiyim şey müşahidələrimin nəticəsioldu.

2006-dan bəriinsanlar irəliləməyiblər.

2006-da sonradan yalan olduğu aşkara çıxan "bir qız Quranı cırdı, meymuna döndü" başlıqlı fotolara inananları deyirəm. O fotolar ki, əslində bir heykəltaraşın əl işlər idi.

Hələ də elə bilirlərki, insan həqiqətən də Quranın hansısa vərəqini səhvən, ya da bilərəkdən cırsa,meymuna dönə bilər.

Bu dilisöyüşlü, dardünyagörüşlü insanlar üçün çox kədərlənsəm də, bir yandan da özüm üçün sevindim.

Dəstək verənlər də azdeyildi.

Məsələn, hamının əksreaksiya gözlədiyi hörmət etdiyim Hacı Şahin Həsənli bir mesajla mənim yazdığımstatus anladığını, əslində xürafata, cahilliyə qarşı çıxdığımı başa düşdüyünü vətəqdir etdiyini bildirdi.

Arada cəmiyyəti təftişetmək lazımdır.

Necə ki analarımızdüyü arıtlayanda gözdən qaçanları tapmaq üçün arabir sinini silkələyib düyünüalt-üst edirlər…

Bununla bitmədi…

Bu iki il ərzində bəziinstagram səhifələri bir neçə dəfə (baxmayaraq ki, bu statusun gündəmolmağından artıq 6 ay keçmişdi) bu statusu gündəmə çevirib, məni söydürüb özlərinəİP qazanmaq istədilər.

Bitdimi?

Yox…

Hər dəfə mən mənfi məqamlarıtənqid etdikcə zombi kimi üstümə töküldülər.

İrandakı durumlabağlı fikirlərimi yazdım, söydülər.

Camaatı ağacına,daşına, qəbrinə dolayan pirləri və bu pirlərdən qucaq-qucaq pul yeyənləri tənqidetdim, söydülər.

Fanatizmə qarşıçıxdım, insanı bütə çevirməyin dedim, söydülər.

Şeirlərimdə Musadan,Məhəmməddən, İsadan, Allahdan danışdım, susdular.

Məhərrəm ayında məscidəgetdim, gördüklərimi təsvir etdim, İmam Hüseynin şəhidliyini tərif etdim,susdular.

Dəfələrlə Allahlabağlı düşüncələrimin dərinliyinə endim, inandığımı yazdım, susdular.

Axı mən haqsızlıqlaraimza atan birini din adamının, bir din ölkəsinin tərəfini necə tuta bilərəm?

Axı mən yazı-pozu adamıyam, sözü ünvana çatdırmağın min üsulunu bilirəm. 

O zaman mən niyə bütün həqiqətləri məhəllə söhbətlərində can qoyan Maqanın dediyi kimi çılpaq deməliyəm?

Yaxud Maqa kimi mən də söyüşlərinizə söyüşlə cavab verməliyəm?

Əsla... İndiyə kimi heç bir adama söyüşlə cavab vermədim.

Və nəhayət fevralın16-sı kitabımın təqdimatını keçirtdim. O kitabımın ki, adı Günəbaxandı. Günəşigözləyənlərin kitabıdı. O kitab ki, onu bu sözlərlə açıram:

"Bir adam düşdüquyuya. Ona gah Yusif dedilər, gah da Məlikməmməd. Hər kəs bir cür çağırdı onu.Gah dedilər, Allahın mələkləri quyuda onunla söhbət edirmiş. Gah da dedilər ki,divlərin canını almağa düşübmüş. Onların dedikləri cəmi bir dəfə üst-üstədüşdü. İkisini də qardaşları atmışdı quyuya. Mən nə Məlikməmmədəm, nə də Yusif.Mən "Qu"yudan "Ey" deyə çağırıb səsləyənəm. Amma quyudadeyiləm. Yer üzündəyəm, Yer mənim quyumdu. Mən Günəşi gözləyə-gözləyəGünəbaxana çevrilmişəm. O Günəşdə hamıdan bir zərrə var. O həm təkdi, həm də təkdeyil. O həm doğulub, həm də doğulmayıb. O həm doğur, həm də doğmur – əbədiqürubdadı. Kəsiblər Günəşin önünü. Amma... bir gün mütləq çəkiləcəklər Günəşinönündən, mütləq çəkiləcəklər...”

Bu kitabın təqdimatınaHacı Şahin Həsənli də gəldi. Açılışda sözü elə birinci ona verdik. O da çox gözəlçıxış etdi. 12 kitabımı aldı. Dəstəyini yenə əsirgəmədi.

Və təqdimatınfotoları yayılanda yaxamdan düşməyən dilisöyüşlü, dar dünyagörüşlü dindar kəsimbu dəfə təkcə mənim yox, Şahin bəyin də üstünə şığıdılar.

"Hacı Şahin niyə o təqdimatagəlib?”.

"Kafirə dəstək duranHacıdan nə gözləyirsiniz?”.

Və sairətən vəilaxıratan.

İş o yerə çatdı ki,bir nəfər mesaj yazıb məni ölümlə də hədələdi.

Heç olmasa, öldürəcəyinadama xəbər etmə də, zalımın balası. Qoy qaçmağa, gizlənməyə fürsəti olmasın.

Lap tutaq ki, məniöldürdün, bəs, sözü öldürə biləcəksən?

Söz ölmür, başınadönüm, ölmür…

Mən sözəm, söz!

Ey söyüş maşını ilə xuliqanlıq edənlər, Həzrəti Əli nə deyib?

Deyib ki, qəlb nə ilə dolsa,dodaqlardan da o tökülər.

Müzəffər Sarısözənitanımazsınız. Onun bir Hatay türküsü var. Deyir ki:

Bu qarşıdakı dağdaqar var,

duman yox.

Mənim sevdiyimdə dinvar,

iman yox.

Bu qarşıdakı dağdatitrəyər budaqlar,

qədər-qismət beləymiş,

neyləsin ellər?!

Bu türkününyaradıcısı Müzəffər Sarısözənin babaları din alimləri idi. Dinini sevən,dindarı bol olan bu ölkədə "din var, iman yox” demək asandımı?

Bax eynən, MüzəffərSarısözənin diliylə desəm, mən adamları sevirəm, nifrət etmirəm, mənim sevdiyimadamlarda din var, iman yox.

Bir əlavə də mən edim– insan yoxdu, insan…

TƏQVİM / ARXİV