adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

O GEDƏCƏK... - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
68600 | 2020-02-18 11:51

Həyatımız ayrılıqlarla doludur. Hər ayrılıq bir görüşdür deyib özümüzə nə qədər təsəlli etsək də,ayılıq elə ayrılıqdır ki,var!..Ağrısıyla,acısıyla,axan ya da gözümüzün bulağında quruyan göz yaşlarıyla süslənmiş.. Axı hər ayrılıq da vüsal doğmur. Bu nədir heç "bismillah” deməmiş yadıma Bəxtiyarın məşhur misraları düşür


Bəzən bir-birimizdən

Biz uzaqda qalırıq.

Duyğu dolu dənizə

dönür sanki ayrılıq


bu hicrandır bəlkə də

sevgimizin sınağı

sənsiz qalan evimin

sənsən xəyal qonağı...


Ayrılığın rəsmini hər şair bir cürə yaradır,ruha müdaxilə edəni də var,cismə yönələni də.,heç birinin yanından ötməyəni də...

Ona həsr edirəm yazımı,ona,o adama ki,mənim bir çox şeirlərimin poetik obrazına çevrilib,o insana ki,simasında və qəlbində məsum çocuk izlərini hələ də yaşadır,o şəxsə ki,başıma analıq tacı qoyub..İndi o burdadır,lap yaxında,bir qapı açsam ona çataram..Amma o uzaqlığıyla yaxın ola bildiyi kimi ,yaxınlığı ilə də uzaq ola bilir..onun üçün yarım olan bir şey yox deməkdir,o ya sevir,ya da yox..nifrət ona aid deyil,deyir ki,sevmədiyim mənim nifrətimə də layiq deyil,qəlbimi belə ağır enerjilə yükləyə bilmərəm...Qoy insanlar bir birini yalnız sevsinlər,qayğı göstərsinlər..,bu lap yad ,heç tanımadığın kimsə ola bilər,amma yetər ki,sən ona sevgi ver..,bax onda xoşbəxt olacaqsan...

...Feride İşık-Vüsal..,mənim qızım,olduqca ziyalı,yaradıcı,vətənindən kənarda ,qardaş Türkiyədə-vətən omağı bacaran qız !...

Ayrılıqdan qorxan,amma bunun qaçılmaz olduğuna da adı kimi əmin olandı o..

Qulağıma mənim şeirlərimdən pıçıldayır ki:

Sümüyümüə ilişən qəlpədi sənsizliyim...

Amma elə o saatdaca gülüb :

Bir də görəcəksən gəlib çıxmışam,

O,uzaq şəhərdən,o yad şəhərdən..-deyir.

Mən də öz növbəmdə öz şeiriyyatımın diliylə :

Hərdən xatırladır səni böz küçələr,

Saçımın bir telini yandırıb

Üfürürəm gecəyə,quş lələyi kimi..-deyə ürək-dirək verirəm ona !

Sonra növbə ona düşür :

Deyirsən darıxırsan,

Otur,birgə darıxaq.

Mənə aid nəyin var

Gətir birgə darıxaq...-deyir.

Tutuluram...və :

Yenə də yolları çəkir gözlərim,

Yenə də ürəyim kaman yeridi.

Sevgini qəlbimə səpib getmisən,

Cücərməz,boş ümid,güman yeridi..-deyə inləyirəm..

O,kəpənək kimi yüngül,günahsızdır sanki...Qayğısızca uça bilər,sü üzərində qorxmadan yeriyə bilər..Elə kəpənək kimi də ayları deyil,dəqiqələri sayır ,ömrünə istədiyi mənanı gətirmək üçün fədakardır..İnanclıdır,safdır,dünyanın bu dərəcədə kirlənməsinə rəğmən yüksək insanlıq keyfiyyətlərini saxlaya və qoruya bilir. Əlbəttə,bu asan başa gəlmir,yüksək iradə,dözüm tələb edir...Asan deyil ətrafında dost dediyinin gözünün içinə yalan danışdığını biləsən,amma təhər-tövrünü pozmadan gülüb keçəsən ..Yəni adama şans verəsən,ki,get bala,dəyişəndə danışarıq..Olmasa da olmasın,bezəndə heç bir irad bildirmədən bütün telləri qırıb gedəcək onsuz da!..

O,bir az da tənhadır,özüylə dərdləşməyi sevir. Onun təbiətinin də fəsillər kimi yayı,qışı,payızı və yazı var. Dünyaya yazın ilk ayında gəldiyindəndirmi, soyuğu sevmir,qırx dərəcə isti bizi haldan salanda təəccüblə gülüb :

-Hardadı o isti,göndərin yanıma... –deyir.

...O.yaxşı övlad,bacı,qardaş olmaqla yanaşı həm də çox yaxşı xala və bibidir,qayğıkeşdir,uşaqlara olduqca səbirlidir. Ö işlərini bir tək onlara görə təxirə salmağı bacarır. Fəsillər kimi dəyişkənliyi də sevir,bir yerdə qalmaq onu tez bezdirir. Təbiətə,heyvanlara qarşı da çox qayğıkeşdir,diqqətlidir,mərhəmətlidir,sevgi və qayğısını əsirgəmədən onlara da ötürür...

O həm də artıq üç ildən çox bir müddətdə yaşadığı,təhsil aldığı və çalışdığı qardaş ölkənin zəlzələdən əziyyət çəkməsini acılarla qarşılayır. Orda həlak olan hər nəfər üçün göz yaşı tökür və ailələrinə içdən səbir diləyir..

Mən,onun aldığı təhsil,qazandığı uğurları barədə yazmayacam,özü 525-ci qəzet və Müstəqil.az saytına verdiyi müsahibələrində bu barədə müəyyən açıqlamalar edib..Mən,sadəcə ayrılığa sayılı günlər qaldığını düşünür və bu ayrılıq çətiri altında düşüncələrimi sizinlə bölüşürəm... Oxuduğunuz üçün də minnətdaram və heç oxumasanız da itirəcək bir şey yoxdu.. Lap Amerikalı yazıçı Billi Kollinsin sölədiyi kimi : "Yazdıqlarını bir tək özün də oxusan,yenə də yaz !..”

Onunla bütün fəsilləri yaşamaq gözəldi..

Amma o gedəcək...Mənə də yaxşı yol arzulamaq qalacaq..Gedəcək ki,yarım qaldığı yerdən həyatı davam etsin,gedəcək ki,bir də gəlsin... ,daha yeni uğurları ilə əlbəttə!

İndicə gedəcəksən

Bu görüş də bitəcək.

Sonra gələn günlərim

Rəngsizləşib itəcək.

Mələklər enəcəklər

Otağıma sən adda.

Cingildər qulaqların

Bütün səslər sən adda..

Evimin divarları

əks edəcək kölgəni.

Qopub çiyinlərindən

Sürüşəcək əllərim.

Bu vusalın yaxası

Ayrılığın əlində.

Yer fırlanır deyirdin,

Fırlanırmı yenə də..!?

Və bu da ayrılıq dəmi..: Ayrılaq,təzədən görüşmək üçün-deyir gözləri,mən də bu anlarda R.Taqoru xatırlayıram : "Buludlar həyatıma yağış və tufan gətirmir,onlar günəşi batmış səmama yeni rəng gətirirlər...”


TƏQVİM / ARXİV